Главная > Maraqlı > 1 avqust- Azərbayca əlifbası və Azərbaycan dili günüdür
1 avqust- Azərbayca əlifbası və Azərbaycan dili günüdür31-07-2024, 11:36. Разместил: admin44 |
1 avqust Azərbaycan xalqının tarixində yaddaqalan günlərdəndir.Bu gün milli varlığımızın əsası sayılan Ana dilimizin yüksəlişi günüdür. Hər bir millətin formalaşmasında ən vacib amillərdən biri onun dilinin varlığıdır.Dil hər bir xalqın milli sərvəti sayılır. Azərbaycan dili-doğma Ana dilimiz bizim bir millət olaraq təsdiqimizdir.Dilimiz dövlət statusuna yükşəlmiş bir dildir.Doğma dilimizin dövlət dili statusuna yüksəlməsində fədakarlıq göstərmiş Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıyıq.Ulu Öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb.Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı,beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin dilimizin gözəl bilicisi Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir. Doğma dilimiz H.Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etməyə başlayandan sonra öz inkişafında yeni mərhələyə qədəm qoydu.1995-ci ildə ümumxalq səsvermı yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bundan sonra hökümət səviyyəsində Ana dilinin inkişaf və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i ölkəmizdə “Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü” kimi olunur. 2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında Dövlət Dili haqqında”Qanun qəbul edildi.Bu sənəd Ümummilli Liderin xalqına və onun dilinə tükənməz sevginin,qayğının ən parlaq nümunələrindəndir. Sevindirici haldır ki,bütün maneələrə və çətinliklərə baxmayaraq Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu gün hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dilini,dini,milli adət-ənənələrini unutmamalı,onları təbliğ etməlidir.Dahi Öndərin dediyi kimi: ”Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır.Bunlarsız vətənpərvərlik formulu yoxdur”. Ş.Xəlilova S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi Вернуться назад |