Enerji təchizatının təhlükəsizliyini təmin etmək » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Enerji təchizatının təhlükəsizliyini təmin etmək

    Enerji təchizatının təhlükəsizliyini təmin etmək


                   
    Astanada Mərkəzi Asiya dövlətləri energetika nazirlərinin birinci görüşündə qeyd olunan istiqamətdə əməkdaşlığın miqyası daha da genişlənib. Belə ki, Qazaxıstaın energetika naziri Almasadam Satkaliyev sözügedən müstəvidə əməkdaşlıqla bağlı mühüm açıqlamalar verib. Qeyd edib ki, Qazaxıstan Azərbaycan və Özbəkistanla yaşıl enerjinin inkişafı və nəqli sahəsində qlobal layihəni həyata keçirməyə başlayır.
                   
    Mərkəzi Asiya ölkələri energetika resurslarının tədarükündə qlobal pozulmalar, neft və qaz qiymətlərində qeyri-sabitlik və başqa amilləri meydana gətirən çağırışlarla üzləşir. Almasadam Satkaliyev təklif irəli sürüb: “Enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün bu çağırışları qabaqcadan görmək və idarə etmək mexanizmlərini hazırlamaq, ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək lazımdır”. O, həmçinin, həmkarlarını enerji resursları üzrə ticarət imkanlarını genişləndirmək yolu ilə əməkdaşlığı gücləndirməyə, karbon neytrallığına nail olmağa və enerjinin mərhələli keçidini, habelə aşağı karbon sektorunun inkişafını təmin etməklə əlaqələri möhkəmləndirməyə çağırıb: “Bundan əlavə, Mərkəzi Asiya ölkələrində müasir enerji infrastrukturunun inkişafını stimullaşdırmaq üçün investisiyaların hərtərəfli cəlb edilməsi və enerji sənayesində birgə iri texnoloji layihələrin həyata keçirilməsi regional əməkdaşlığın inkişafında mühüm amildir.
                 
    Qaz sənayesində birgə layihələrin həyata keçirilməsi imkanları da geniş şəkildə araşdırılmalıdır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında enerji sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli inkişaf edir.
                 
    2023-cü ilin avqustunda Özbəkistan prezidentinin Azərbaycana səfəri çərçivəsində enerji sektorunda əməkdaşlığın daha da dərinləşdirilməsinə dair Hökumətlərarası Saziş və iki ölkənin energetika nazirlikləri arasında “2023-2025-ci illər üçün enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb: “İmzalanmış sənədlər çərçivəsində həm neft-qaz sahəsində, həm də bərpaolunan enerji mənbələri üzrə uğurlu əməkdaşlıq davam edir. Neft məhsullarının qarşılıqlı ticarəti üçün “Turan Energy” adlı birgə müəssisə yaradılıb, neft-qaz layihələrində qarşılıqlı iştirak məsələsi də nəzərdən keçirilir”. Qazaxıstanla energetika sahəsində əməkdaşlıqdan danışan nazir müavini ötən ilin mart ayından qazax neftinin Bakı-Tiflis-Ceyhan boru kəməri ilə nəqlinin bərpa olunduğunu vurğulayıb: “Bu əməkdaşlığın müsbət dinamikası perspektivdə neftin nəqli səviyyəsini yüksəltməyə imkan verir. Enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən alternativ nəqliyyat dəhlizlərinin və marşrutlarının artan əhəmiyyəti Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında birləşdirici rolunu gücləndirib, enerji dəhlizlərinin potensialının bölüşdürülməsi imkanlarını aktual edib”. Onun sözlərinə görə, “yaşıl enerji”nin Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya ixracı məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika sistemlərinin birləşdirilməsi layihəsinin həyata keçirilməsi çərçivəsində yaxşı dinamika və tərəqqi var: “Tərəflər layihənin həyata keçirilməsi üçün ilkin texniki-iqtisadi əsaslandırmanın aparılması üzrə Texniki Tapşırığı təsdiq ediblər. Birgə işçi qrupu Bakıda tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılığa gəlib. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün İtaliyanın CESI konsaltinq şirkəti seçilib”.
                 
    Nazir müavini qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və nəqli sahəsində strateji tərəfdaşlıq haqqında saziş layihəsinin mətni də razılaşdırılıb, onun yüksək səviyyədə imzalanması, şübhəsiz ki, layihənin uğurla həyata keçirilməsinə kömək edəcək: “Azərbaycandan keçən bu və digər ixrac dəhlizləri yaşıl enerjinin Mərkəzi Asiya ölkələrindən Avropaya nəqli üçün geniş perspektivlər açır. Bu dəhlizlərə çıxış Mərkəzi Asiya ölkələrinin elektrik enerjisi resurslarının ixracı üçün bazarların şaxələndirilməsini təmin edə bilər”. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.

           
                   

    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ