Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi

    Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi

    Dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib. Öncə bildirək ki, bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir.Azərbaycan prezidenti idmançılarla görüşündə çıxışı zamanı bildirdi ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Azərbaycan güclü idman dövlətidir. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal”.Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin idmançılara qayğısı hələ Azərbaycan Prezidenti olmadığı illərdən səmərəsini, bəhrəsini verdi. 2000-ci ildə Azərbaycan idmançılarının Sidney Yay Olimpiya Oyunlarında ilk böyük uğurları bu nailiyyətlərin memarı kimi İlham Əliyevin liderlik rolunu təsdiqlədi, onun Azərbaycan naminə fəaliyyətinin potensial imkanlarını bir daha əyani nümayiş etdirdi.
               
    2003-cü ildə keçirilən prezident seçkilərində ölkə rəhbəri seçilən cənab İlham Əliyev idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində daha qətiyyətli addımlar atdı.
                Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Fərmanla martın 5-i Azərbaycanda İdman və Bədən Tərbiyəsi Günü kimi qeyd edilir.
    Həmin vaxtdan başlayaraq, idmançılar dövlət başçısının fərmanı ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunurlarPrezident idmançılarla görüşündə vurğuladı ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır: “Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Daha çox medal qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir”.
                 
    Yada salaq ki, Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biri də “Bakı-2015” Avropa Oyunları olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətində başa çatdırdı. Azərbaycan bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı: Yarışlarda Avropanın 50 ölkəsinin 10000 idmançısı mübarizə aparıb və Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazanıb və Avropa Oyunlarını 47 medalla başa vurublar.Prezident son çıxışında bildirdi ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir: “Bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”.
                 
    Prezident vurğuladı ki, bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir.“Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. İdmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir”.Məlumat üçün onu da bildirək ki, 2023-cü il ərzində Azərbaycan idmançıları təkcə rəsmi, nüfuzlu beynəlxalq yarışlardan 837 medal qazanıblar. Bu medallardan 300-ə yaxını qızıl medaldır.Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil ediblər. Xüsusilə V İslam Həmrəyliyi Oyunlarındanəticələr yaxşı olub. Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülüb.



                 

    Yaqubzadə Fikrət,
    Masallı rayon Babaküçə kənd sakini
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    2. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    3. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    4. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    5. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    6. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    7. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    8. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    9. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    10. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    11. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    12. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    15. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    16. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    17. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    18. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    19. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    20. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    21. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    22. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    23. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    24. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    25. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    26. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    27. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    28. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    29. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    30. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    31. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    32. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    34. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    35. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    36. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    37. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    38. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    39. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    40. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ