SÖZDƏN ƏMƏLƏ KEÇMƏLİ » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » SÖZDƏN ƏMƏLƏ KEÇMƏLİ

    SÖZDƏN ƏMƏLƏ KEÇMƏLİ

     
     
    Ətirlidir, gözəldir çayımız

    Neçə illərin mənalı, ruh oxşayan bir mahnısında deyilir ki:

    Bu dünyada səadətdir payımız

    Ətirlidir, çox gözəldir çayımız.

    Çayı yetişdirib ərsəyə gətirənlərə həsr edilən bu mahnı zəhməti gözəl nemətimizi, onun insan sağamlığına faydasını vəsf edir. Dünyanın demək olar ki, bütün ölkələrində sevilən bu içkiyə maraq hər vaxt önəmlidir. Ölkəmizdə isə purrəng çayın tayı-bərabəri yoxdur. Milli içkimiz, milli sərvətimiz həm də şöhrətimizdir. Bu şöhrəti  həmişə qorumaq, artırmaq hər birimizin vətənpərvərlik borcudur.

    İlin yazı, yayı çayın istehsal vaxtıdır.  İl uzunu onu yetişdirənlərin qayğısına bələnən yaşıl kollar məhz bu vaxtlarda öz bəhrəsini verir. Rayonun bir neçə ərazisində yetişdirilən çay plantasiyaları əsrarəngiz gözəlliyi, heyranedici görüntüsü ilə valehedicidir. Xüsusilə Kolatanın Sığaçolə deyilən sahəsində çay cərgələri  gözəlliyə gözəllik gətirir. Uca, yaşıl dağların arasındakı talalarda salınan plantasiyalar gözəl, təkrarsız gözəlliyə malikdir. Dərələrdəki sututarların qeyri-adi görüntüsü romantik əhval-ruhiyə yaradır. Xüsusilə məhsul yığımı günlərində qız-gəlinlərin zəhmətlə təmasda olması ürəkləri riqqətə gətirir. İllər keçdikcə Sığaçolənin plantasiyaları məhsulunu artırır. Şübhə yoxdur ki, yaxın illərdə burada min tondan çox yaşıl çay yarpağı istehsal ediləcəkdir.

    Rayonun Mahmudavar, Tüklə, Kolatan ərazilərində də çayçılıqdakı işlər ilbəil yaxşılaşır. Düzdür, çayçılıq lazımi səviyyədə inkişaf etməsə də bu sahənin ümidverici olacağı yəqindir.

    Rayonda bu sahəyə maraq göstərənlərlə həmsöhbət olanda çətinliklər qarşıya çıxır. Hər kəs bu çətinliklərə görə çayçılıqdakı ləngimələri sadalayır. Nəticədə torpağın şumlanması, üzvi və mineral gübrələrin vaxtında əldə edilməməsi, keyfiyyətli şitil yetişdirmək və ən başlıcası isə su məsələsi önə çəkilir. Yaşıl kollar susevər bitkidir. Ötən əsrdə rayondakı 3500 hektar çay plantasiyasında əsasən drenaj kanallarla, suvarma şəbəkələri ilə bu aqrotexniki tədbir həyata keçirilirdi. İslahat adı altında bu borular yerdən çıxarılıb satıldı. Bu qədər sahə məhv edildi. Ancaq texnologiyanın belə inkişaf etdiyi vaxtda 200 hektar sahənin suvarılması mümkün deyil.

    Masallı kimi aqrar rayonda tərəvəzçilik, çayçılıq, üzümçülük, çəltikçilik, sitrusçuluq inkişaf etdirilməsə adamların maddi vəziyətinin yaxşılaşması çətin ki düzələ. Bir vaxtlar  təsərrüfatın bu sahələri rayonun iqtisadiyyatına müsbət təsir göstərirdi. Mahmudavardakı “Baba bulağı” təbiət evində olanda gölün şimalındakı sahədə qız-gəlinlər çay yarpağı yığırdılar.

    “Baba bulağı”nın aparıcı sahiblərindən olan Əfqan Babayevin sorağını burada aldıq. Məhsul yığımının ikinci mərhələsi idi. Yaşıl tarlada Əfqan Babayevlə görüşüb çay haqqında bəzi söhbətlər edirik. Kənddə böyük hörmətə malik bu insan təsərrüfatın hər sahəsində çalışıb. Neçə illər 7 minə yaxın əhalisi olan Mahmudavar bələdiyyəsinə də rəhbərlik edib. Kənddə bir sıra xeyriyyəçilik işlərinə imza atıb. Eyni zamanda  “Baba bulağı” istirahət mərkəzinin qurulması və inkişafında böyük zəhməti olub.

    Gördüyümüz bu gölün bəndə salınmasına, ətrafında yaşıllıqların yaradılmasına, hektarlarla  meyvə bağının salınmasına nail olmuşuq. Bir vaxtlar bu yerlərdə sıralanmış yaşıl çay tarlaları bu gün də gözümün önündədir. – deyə MMS-nın icraçı direktoru Əfqan Babayev söhbətə körpü salır. – yenə də tarixi təkrarlayıb o gözəllikləri bərpa etmək istəyirik. Məqsədə əsasən çatmışıq.

    “Baba bulağı” MMC – nin direktoru Zəmanə Babayeva – Cəfərzadə söhbət əsnasında qeyd edir ki, əmim Əfqanın işgüzarlığı, zəmətkeşliyi, təsərrüfatı yaxşı bilməsi sayəsində “Baba bulağı”nın uğurları ilbəil artır. Əvvəllər istirahət mərkəzi kimi fəaliyyətə başlayan mərkəzin ərazisi  xeyli genişlənib. İndi 4 hektardan çox çay plantasiyamız var ki, 2 ildir məhsul yığılır. Elə bu il birinci yığımda 2,6 ton yaşıl yarpaq yığıb fabrikə yola salmışıq. Bundan başqa apelsin, mandarin bağları da məhsula düşüb. Bu il sitrus məhsullarımız daha çox olacaq.

    Əfqan Babayev isə qeyd edir ki, təsərrüfatın başqa sahələrinə də nüfuz edirik. Bu il 22 hektar arpa əkmişik. Taxılçılıq heyvandarlığın inkişafına müsbət təsir göstərir. Axı kollektivimiz həm də heyvandarlıqla məşğuldur. 80 başa yaxın cavan heyvanı ətçilik istiqamətində yetişdiririk ki, istehsal etdiyimiz məhsul istirahət mərkəzinin yeməkxanasında istifadə  olunur.

    Söhbət  zamanı aydın olur ki, MMC-də 40-dan çox gənc çalışır. Bu,  kənddə gənclərin işlə təminatına böyük dəstəkdir.

    Biz “Baba bulağın”nda olanda burada yenə də qızğın iş gedirdi. Çay, feyxoa, naringi, portağal sahələri suvarılır, ətrafında kol-koslar təmizlənir, səliqə-sahman yaradılırdı. Əfqan Babayev yenə də çay haqqında məlumat verib deyir ki, məqsədimiz plantasiyaları genişləndirməkdir. Çünki çay kəndimizin bir nömrəli sərvəti olub. İkinci ildir ki istehsal edilib Lənkərana emala göndərdiyimiz  çaydan istirahət mərkəzində istifadə olunur və turistlər tərəfindən rəğbətlə qarşılanır.

    ...Çay Masallının əvəzedilməz neməti olub. İnanırıq ki, çox keçməz rayonda çayın əvvəlki şöhrəti bərpa olunacaq. Rayon statistika idərəsindən aldığımız rəqəmlər də bu uğurların dirçəlməsindən xəbər verir. Aldığımız məlumata görə indi rayonda 110  hektara yaxın çay plantasiyası mövcüddur. Birinci yığım zamanı bunun 50 hektarından 22.3 ton yaşıl çay  yarpağı yığılıb emala göndərilmişdir.        







    HƏSƏNAĞA.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ