Prezident İlham Əliyev Özbəkistanda rəsmi sərdə olmuşdur » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Özbəkistanda rəsmi sərdə olmuşdur

    Prezident İlham Əliyev Özbəkistanda rəsmi sərdə olmuşdur

               
    Avqustun 23-də Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat  Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

    Əvvəlcə Özbəkistan Prezidenti bəyanatla çıxış etdi.
               
    Sonra Azərbaycan Prezidenti bəyanatla çıxışında İlk növbədə, dəvətə görə Özbəkistan Prezidenti Şavkat Miromonoviçə təşəkkürünü bildirirək Qardaş Özbəkistana yenidən səfər etmək və qardaş ölkənin sürətli inkişafını bir daha görməyin böyük sevinc olduğunu toplantı iştirakçılarının nəzərinə çatdırıb.
               
    Müxtəlif dövrlərdə, xüsusən son illərdə Özbəkistana dəfələrlə səfər etdiyini,Ş. Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə gördüyünü və buna şad olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    “Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Keçən səfərimdə biz Daşkənddə birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin, xarici investisiyaların cəlb edilməsinin, əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir. Bugünkü Özbəkistan sosial-iqtisadi inkişaf üzrə aparılan gündəlik iş, çoxlu sayda sosial layihələrlə səciyyələnir. Həmçinin bütün bunlara ölkənin beynəlxalq arenada nüfuzunun artmasını da əlavə etmək olar. Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru oldu, onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır, həm də müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir. Sizi bu münasibətlə Azərbaycan xalqı adından bir daha təbrik etmək istərdim”.
               
    Dövlətimizin başçısı çıxışında Şavkat Miromonoviçin qeyd etdiyi kimi, bu gün biz rəsmən müttəfiq ölkələr olduğunu,müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənədi sayıldığını,bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslinin deyil, kitabının yazıldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
             
    “Əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif – regional və beynəlxalq siyasət məsələlər  müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”.
    Azərbaycan Prezidenti çıxışında bildirdi ki biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik.  O, çıxışında Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək etdiyini ,bir il əvvəl, avqustun 23-də  Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduqlarını tədbir iştirakçılarının nəzərinə çatdırdı .”Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir”.
             
     Dövlətimizin başçısı çıxışında bildirib ki,bu gün biz, həmçinin iş adamlarından ibarət qrupla görüşəcəyimizi, biznes-forum artıq işini yekunlaşdırsa da, hələ hazırda yerinə yetirilmə mərhələsində olan konkret layihələrin olduğunu və bu səbəbdən biz onları dinləmək və yeni təlimatlar vermək istədiklərini açıqlayıb.
             
     “ Həmçinin bugünkü diskussiyalar çərçivəsində çoxlu yeni mövzuları, ilk növbədə, əmtəə dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrimizin konkret məzmunla zənginləşdirilməsi, həmçinin üçüncü ölkələrdə birgə işimizi müzakirə etdik. Yəqin ki, bunun üçün bizə Birgə İnvestisiya Fondunun kapitalını artırmaq lazım gələcək, artıq eşitdiyimiz kimi, layihələrə 500 milyon ayrılıb. Odur ki, bu kapitalı həm ikitərəfli gündəlik, həm də üçüncü ölkələrə investisiyalar ilə çıxış üçün artıracağıq”

    Azərbaycan Prezidenti çıxışının sonunda qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımladıqlarını və irəliləməyə davam edəcəklərini bildirib.




    Ziyafəddin Cavadov,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ