Главная > Maraqlı > Şəhid Ağamalı Ağayevin 28-ci doğum günü anıldı

Şəhid Ağamalı Ağayevin 28-ci doğum günü anıldı


24-09-2024, 22:30. Разместил: admin44

Masallı rayon Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Şamil oğlu Ağayevin 28 yaşının tamam olması ilə bağlı xatirəsi anılıb.

Masallı Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə rayon üzrə bütün şəhidlərin doğum və şəhadət günləri diqqətdə saxlanılaraq daim qeyd olunur.

Belə ki, 23 sentyabr 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Şamil oğlu Ağayevin 28 yaşının tamam olması ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti Başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və din xadimləri tərəfindən xatirəsi anılmış və şəhidin məzarı ziyarət edilərək ruhuna dualar oxunmuşdur.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад