Главная > Maraqlı > Şəhid Əlimərdan Quluzadənin şəhadətinin 4-cü ildönümü anıldı

Şəhid Əlimərdan Quluzadənin şəhadətinin 4-cü ildönümü anıldı


7-10-2024, 17:30. Разместил: admin44

07 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Yeddioymaq kəndində şəhid Quluzadə Əlimərdan Fəttah oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid Əlimərdan Quluzadənin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, şöbənin böyük məsləhətçisi Nurlan Muradov, aparatın İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.шаблоны для dle 11.2
Вернуться назад