Главная > Maraqlı > Şəhid Araz Seyfullayevin şəhadətinin 4-cü ildönümü anıldı

Şəhid Araz Seyfullayevin şəhadətinin 4-cü ildönümü anıldı


8-10-2024, 14:46. Разместил: admin44

08 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Masallı şəhərində şəhid Seyfullayev Araz Elsevər oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid Araz Seyfullayevin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdıırlması şöbəsinin baş məsləhətçisi Arif Əzimov, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.





   шаблоны для dle 11.2
Вернуться назад