Главная > Maraqlı > Şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 4-cü ildönümü anıldı
Şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 4-cü ildönümü anıldı8-10-2024, 14:47. Разместил: admin44 |
08 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Güllütəpə kəndində şəhid Təhməzov Şəmsəddin Sərvər oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır. Şəhid Şəmsəddin Təhməzovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdıırlması şöbəsinin müdir müavini Niyazi Bağırov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zahid Sadıxov, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Вернуться назад |