Главная > Maraqlı > Şəhid Elmir Akifzadənin şəhadətinin 4-cü ildönümü anıldı

Şəhid Elmir Akifzadənin şəhadətinin 4-cü ildönümü anıldı


9-10-2024, 16:15. Разместил: admin44

09 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Banbaşı kəndində şəhid Akifzadə Elmir Gündüz oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid Elmir Akifzadənin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.





шаблоны для dle 11.2
Вернуться назад