Главная > Maraqlı > Şəhid Cəbrayıl Qasımovun şəhadətinin 4-cü ildönümü anıldı

Şəhid Cəbrayıl Qasımovun şəhadətinin 4-cü ildönümü anıldı


9-10-2024, 17:51. Разместил: admin44


09 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Ərəb kəndində şəhid Qasımov Cəbrayıl Baloğlan oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid Cəbrayıl Qasımovun şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və din xadimləri tərəfindən xatirəsi anılmış, şəhidin məzarı ziyarət edilərək ruhuna dualar oxunmuşdur.



шаблоны для dle 11.2
Вернуться назад