Əkin sahələrinin sığorta mövsümü başlayıb » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əkin sahələrinin sığorta mövsümü başlayıb

    Əkin sahələrinin sığorta mövsümü başlayıb


    Azərbaycanda 2024-2025-ci il əkin mövsümünün başlanması ilə əlaqədar əkin sahələrinin sığortalanmasına start verilib.

    Sentyabr ayından etibarən Azərbaycanda payızlıq əkinlərin bəyanına başlanılıb. Əkin sahələrinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyanı ilin sonunadək davam edəcək.

    Əkinlərin bəyan edilməsi ilə eyni vaxtda payızlıq əkin sahələrinin sığortalanmasına da start verilib. Fermerlər əkinlərini EKTİS-də bəyan etdikdən sonra sahələrini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən sığorta edə bilərlər.

    Aqrar Sığorta Fondu fermerləri əkin sahələrini vaxtında sığortalamağa və sığorta müqaviləsi əldə etməyə çağırır.

    Qeyd edək ki, ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən dolu, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, yanğın, üçüncü şəxslərin hərəkətləri və sair hadisələrdən sığortalayır.

    Aqrar sığorta tarifləri, təbiət və iqlim xüsusiyyətləri səbəbindən ölkənin müxtəlif regionları üzrə fərqlidir. Sığorta haqqının 50%-i isə fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə əkin sahələrinin sığortası olduqca sərfəli və əlçatan olur. 1 hektar taxıl sahəsinin və ya 1000 manatlıq taxıl məhsulunun sığortalanması fermerə cüzi məbləğə, təqribən 8-20 manata başa gəlir.

    Sığorta prosesində fermerlərə dəstək olmaq məqsədilə əkin sahəsini bəyan etmiş fermerlərə Aqrar Sığorta Fondundan müvafiq SMS göndərilir. Burada əkin sahəsinin sığorta haqqı və nəzərdə tutulan məhsuldarlıq göstərilir.

    Əgər fermerin nəzərdə tutduğu məhsuldarlıq göstəricisi SMS-də göstəriləndən fərqli olarsa, fermer bu barədə Fonda müraciət edərək sığorta müqaviləsində məhsuldarlığı dəyişə bilər.

    Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, sahələrini sığortalayan fermerlərin sayı və sığortanın əhatə etdiyi əkin sahələrinin miqyası sürətlə artır:

    «Artıq minlərlə fermer dövlətin yaratdığı bu imkandan istifadə etməkdə və faydalanmaqdadır. Ölkədə sığortalanan əkinlərin sahəsi 400 min hektarı keçib”.

    Fond sədri bildirib ki, bəzi hallarda fermerlər əkin işlərini sentyabr-oktyabrda apardıqları halda, sığortalanma prosesini dekabr ayına qədər ləngidirlər, bu hal isə onların zərərlə üzləşməsinə səbəb olur:

    «Sentyabrda bəyan olunan əkinlər bəzən dekabrın sonunda sığortalanır. Nəticədə əkinlər bir neçə ay sığortasız qalır ki, bu da əkin sahəsinin həmin vaxt baş verə biləcək hadisələr qarşısında təminatsız olması deməkdir. Sığortasız dövrdə baş verən zərərləri isə kompensasiya etmək mümkün olmur».

    Bunu nəzərə alaraq Aqrar Sığorta Fondu fermerləri baş verə biləcək hadisələrdən qorunmaq üçün əkin sahələrini vaxtında sığorta etməyə çağırır.

    Fermerlər öz əkin sahələri üzrə sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablaya bilərlər.

    Aqrar Sığorta Fondu indiyədək baş verən sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ilin ilk 8 ayında isə 3,3 milyon manat sığorta ödənişi həyata keçirib. Qarşıdakı aylarda sığorta ödənişlərinin daha da artacağı gözlənilir.

    Fermerlər əkin sahələrini sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 qısa nömrəsinə zəng edib, müqavilə bağlaya bilərlər.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:10 YENİ KİTABLAR         
    2. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    3. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    4. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    5. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    6. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    7. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    8. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    9. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    10. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    11. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    12. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    13. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    14. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    15. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    16. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    17. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    18. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    20. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    21. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    22. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    23. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 09:32 Nadir Ağayevin xatirə turnirində
    25. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    26. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    27. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    28. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    29. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    30. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    31. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    32. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    33. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    34. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    35. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    37. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    38. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    40. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ