Главная > Maraqlı > “Masallı” PFK-nin yetirməsi İspaniya futbol akademiyasına transfer olundu

“Masallı” PFK-nin yetirməsi İspaniya futbol akademiyasına transfer olundu


16-10-2024, 16:13. Разместил: admin44

Masallı rayon Tatyanoba kənd sakini, 2009-cu il təvəllüdlü Əli Fariz oğlu Kiçibəyov İspaniyanın Barselona şəhərində yerləşən “Marcet” futbol akademiyasına transfer edilib.

Bildirilir ki, ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən “Marcet” Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, 2008-2009-cu il təvəllüdlü 51 futbolçu arasında aparılmış seçimlərin nəticələri məlum olub.

15 futbolçu Barselonaya yollanaraq 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marcet”də təlim keçəcək. Uşaqlar səfərdən öncə 2 aya yaxın hazırlıq prosesində ispan dilini də öyrəniblər.

“Marcet” Futbol Akademiyasının məşqçiləri Rivero Karlos Arias və Ragel Marmol Felipe iyunun 30-dan iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi futbolçuları sınaqdan keçiriblər. Yeniyetmə idmançıların “Marcet” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi ASTA-nın prezidenti Rafael Bünyatovun təşkilatçılığı ilə baş tutub.



шаблоны для dle 11.2
Вернуться назад