Главная > Maraqlı > Şəhid İbrahim Rükabzadənin şəhadətinin 4-cü ildönümü anıldı

Şəhid İbrahim Rükabzadənin şəhadətinin 4-cü ildönümü anıldı


Bu gün, 18:14. Разместил: admin44

23 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Boradigah qəsəbəsində şəhid Rükabzadə İbrahim Rasif oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid İbrahim Rükabzadənin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zahid Sadıxov, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

шаблоны для dle 11.2
Вернуться назад