Главная > Maraqlı > Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 4-cü ildönümü anıldı

Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 4-cü ildönümü anıldı


Bu gün, 18:16. Разместил: admin44

23 oktyabr 2024-cü il tarixində Masallı rayonunun Sarıcəfərli kəndində şəhid Vəliyev Məhəmməd Nail oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid Ağamalı Ağayevin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev, sektorun aparıcı məsləhətçisi Nəsib Bağırov, din xadimləri, ərazi nümayəndəliyi və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


шаблоны для dle 11.2
Вернуться назад