Jurnalist Həsənağa Əliyevin 75 illik yubileyi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Jurnalist Həsənağa Əliyevin 75 illik yubileyi

    Jurnalist Həsənağa Əliyevin 75 illik yubileyi


    Noyabrın 1-də Masallıda tanınmış jurnalist-publisist Həsənağa Murtuza oğlu Əliyevin 75 illik yubileyi keçirilib.

    Rayon Ağsaqqallar Şurasının təşəbbüsü, Masallı Rayon Mərkəzi Kitabxana Sisteminin dəstəyi ilə təşkil olunan tədbir öncəsi şəhidlərimizin və dünyasının dəyişən jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftiyev ömrünün 52 ilini mətbuata bağlayan, “Yeni həyat” qəzetinin məsul katibi, yubilyar Həsənağa Əliyevi təbrik edib, ona yaradıcılığında uğurlar arzulayıb.

    Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Zamin Məmmədov yubilyara rayon rəhbərinin təbrikini çatdırıb, RİHB-nın Fəxri fərmanını təqdim edib.

    “Yeni həyat” qəzetinin əməkdaşı, jurnalist-publisist Akif Ağayev həmkarının həyat və fəaliyyətindən, sözə məsuliyyətlə yanaşmağı bacaran qələm yoldaşının rayon, eləcə də bölgə mətbuatındakı xidmətindən danışıb.

    Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, “Tərəqqi” medallı jurnalist Əyyub Mehdiyev, Əməkdar jurnalist Zakir Abbas, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri Vəkil İsmayılov, rayon mədəniyyət mərkəzinin direktoru Ceyhun Bəşirov, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Dilarə Hüseynova, İsa İbadov, Xodaşirin Cəbiyev, Qədiməli Eloğlu, rayon mərkəzi kitabxanasının direktor əvəzi Zamin Məmmədov, Mahmudavar kənd məscidi dini icmasının sədri və imamı Vəkil Babayev, kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva çıxışlarında ömrünün müdriklik çağını yaşayan təcrübəli jurnalist, taleyinə yazılan qəzetçilik missiyasını var gücü ilə davam etdirən Həsənağa Əliyevi bu gün də böyük həvəslə, yorulmadan yazıb yaradan, Vətənə, dövlətə sədaqətli, zəhmətkeş yazar, gözəl  ziyalı, mehriban ailə başçısı kimi dəyərləndiriblər. Natiqlər yubilyarı təbrik edib, xatirələrini söyləyiblər.

    Şair Məmməd Əvəzoğlu yubilyara həsr etdiyi şeiri səsləndirib.

    Həsənağa Əliyev tədbirin təşkilinə görə zəhməti olan hər kəsə minnətdarlıq edib, həyatının müəyyən məqamlarını diqqətə çatdırıb.

    Yubilyara Azərbaycan Jurnalistlər Birliyinin, rayon ağsaqqallar şurasının, ziyalılar cəmiyyətinin, veteranlar təşkilatının Fəxri fərmanları, eləcə də qiymətli hədiyyələr təqdim edilib.




    Akif VAQİFOĞLU.





















    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    2. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    3. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    4. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    5. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    6. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    7. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    8. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    9. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    10. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    11. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    12. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    13. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    14. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 09:32 Nadir Ağayevin xatirə turnirində
    16. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    17. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    18. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    19. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    20. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    21. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    22. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    23. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    24. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    25. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    26. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    27. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    28. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    29. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    31. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    33. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    34. 09:19 Statistikanın əhəmiyyəti
    35. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    37. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    38. 10:13 İlham Əliyevin “Kazinform” müsahibəsi: Regional sabitlik və inkişafın Azərbaycan modeli
    39. 08:36 Zəngilan şəhəri – 20 oktyabr
    40. 08:34 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Böyük Qayıdışın Memarı: Füzuli və Zəngilan Zəfəri
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ