Главная > Maraqlı > Masallı kütləvi ağacəkmə aksiyasını davam etdirir
Masallı kütləvi ağacəkmə aksiyasını davam etdirir6-11-2024, 15:59. Разместил: admin44 |
Masallı rayonu ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Masallı rayonu ərazisində iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə tədbirləri həyata keçirilir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən rayonun bütün ərazilərində, eləcədə 06 noyabr 2024-cü il tarixində rayonun Göyəçöl kəndi ərazisində magistral yolun kənarlarında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi şəkildə ağacəkmə aksiyası keçirilmiş və aksiya çərçivəsində 800 ədəddən çox ağac əkilmişdir. Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, hüquq mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri, ASAN könüllüləri və rayon sakinləri iştirak etmişlər. Вернуться назад |