“Ulu Öndər Heydər Əliyev  müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Ulu Öndər Heydər Əliyev  müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir”

    “Ulu Öndər Heydər Əliyev  müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir”

     
     

    06 noyabr 2024-cü il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Ulu Öndər Heydər Əliyev  müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” mövzusunda növbəti seminarı keçirilmişdir.

    Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirmişdir: Ölkəmizin əsas qanunu olan Konstitusiya hər bir vətəndaşın fəaliyyətinin əsasıdır. Çünki bu fəaliyyət müstəqil Azərbaycanın təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması işinə bilavasitə kömək edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik prinsiplərini, insan haqlarını özündə ehtiva etməklə yanaşı, ölkəmizdə hüquqi dövlətin və insan azadlıqlarının qarantıdır.

    Seyfəddin Əliyev qeyd etmişdir ki, 1918-ci il mayın 28-də yaranmış Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyası olmayıb. Lakin Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxt ərzində Konstitusiya xarakteri daşıyan bir neçə akt, qərar qəbul edib və onların əsasında fəaliyyət göstərib.

    Diqqətə çatdırılıb ki, Azərbaycanda Sovet hakimiyyəti dövründə beş konstitusiya qəbul olunsa da, əslində onlar SSRİ-nin Konstitusiyasına uyğunlaşdırılırdı. Ümummilli lider Heydər Əliyevin ən gözəl əsərlərindən biri sayılan Konstitusiyamız bu gün özündə müasir demokratik amilləri əks etdirir və dünyanın bir çox ölkələrinin konstitusiyalarından öndə durur.

    Seminarda iştirak edən şəhər 2 saylı məktəbin müəllimi Elanora Babayeva məruzə ilə çıxış edərək bildirdi: Milli Məclisin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Konstitusiya Komissiyasının tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi. Ümummilli Lider Heydər Əliyev Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verib, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirib, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf edib.

    Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il iyunun 5-də ilk iclası keçirildi və həmin iclasda geniş nitq ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə toxunaraq qeyd etmişdi ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması respublikamızın tarixində böyük hadisədir. Ulu Öndər həmin çıxışında bildirmişdi: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.

    Seminarda iştirak edən Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Böyük Xocavar kənd məktəbinin müəllimi Həlimə Məlikova və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasının qoyduğu milli tərəqqi yolundan və  Azərbaycanın tarixi nailiyyətlərindən bəhs ediblər.

     

     

     
     
     

     







    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    2. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    3. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    4. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    5. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    6. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    7. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    8. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    9. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    10. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    11. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    12. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    13. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    14. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 09:32 Nadir Ağayevin xatirə turnirində
    16. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    17. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    18. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    19. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    20. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    21. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    22. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    23. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    24. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    25. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    26. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    27. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    28. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    29. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    31. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    33. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    34. 09:19 Statistikanın əhəmiyyəti
    35. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    37. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    38. 10:13 İlham Əliyevin “Kazinform” müsahibəsi: Regional sabitlik və inkişafın Azərbaycan modeli
    39. 08:36 Zəngilan şəhəri – 20 oktyabr
    40. 08:34 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Böyük Qayıdışın Memarı: Füzuli və Zəngilan Zəfəri
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ