Главная > Maraqlı > 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi

44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi


7-11-2024, 23:30. Разместил: admin44

 

Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə Ermənistanın hərbi müdaxiləsinə cavab olaraq həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Qarabağ və ətraf ərazilərdə 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi.

Azərbaycan Ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə hazır olduğunu bəyan edirdi.

Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günündə Füzuliyə səfəri zamanı Qaraxanbəyli kəndində çıxış edərkən Vətən oğullarımızın torpaq, Vətən sevgisindən bəhs edərək bildirdi ki, şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər: “Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin  “Gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır” fikri reallıqda öz əksini tapdı. İndi Azərbaycan bayrağı təkcə Şuşada deyil, işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə, yüksəkliklərdə dalğalanır. Bu Zəfərin müəllifi Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Prezident İlham Əliyevin  çıxışında vurğuladığı kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün dayanmadan qan tökərək, şəhidlər verərək irəliyə, Zəfərə doğru gedirdi.Torpaqlarımızı düşmən əsarətindən öz gücü, bacarığı ilə azad edən əsgərlərimiz düşməni diz çökməyə, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz ölkədə ordu quruculuğu istiqamətində aparılan islahatların, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin məntiqi nəticəsi idi.Sonda fikrimi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı haqqında nitqi ilə bitirmək istəyirəm.

 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur

 

 

 

Ziyafəddin Cavadov,
Qızılağac kənd S.Xəlilov adına 1 nömrəli tam orta məktəbin müəllimi


шаблоны для dle 11.2
Вернуться назад