Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində SSRİ dönəmində ana dilimizə      dövlət statusunun verilməsi tarixi nailiyyət idi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində SSRİ dönəmində ana dilimizə      dövlət statusunun verilməsi tarixi nailiyyət idi

    Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində SSRİ dönəmində ana dilimizə      dövlət statusunun verilməsi tarixi nailiyyət idi


     

                 
    Azərbaycanın ilk Konstitusiyası Cümhuriyyətin süqutundan və respublikamızın bolşevik Rusiyası tərəfindən işğalından sonra, 1921-ci ildə qəbul olunub. Bundan sonra Sovet İttifaqının dağılmasına qədər daha iki dəfə, 1925-ci və 1978-ci ildə SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyada Azərbaycan Konstitusiyası qəbul olunub. Təbii ki, bu konstitusiyalar məhz SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olduqlarına görə Azərbaycan xalqının milli mənafeylərinə xidmət etmirdilər. Bununla belə, 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev  hələ o dövrdə ana dilimizə dövlət statusu verilməsi faktının Konstitusiyada təsbit edilməsinə nail olmuşdu. 1978-ci il aprelin 2-də həmin yeni Konstitusiya layihəsinin müzakirəsi  ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bununla Ümummilli Lider Heydər Əliyev illər sonra yenidən bərpa olunacaq müstəqilliyimizin əldə olunmasında və qorunub saxlanmasında əsas rol oynamış milli azərbaycançılıq ideologiyasının formalaşdırılması istiqamətində ən önəmli addımlarından birini atmış oldu.

    Daha sonra müsahibimiz  müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasının hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu diqqət mərkəzinə gətirərək bunları deyib: “1993-cü ildə, öz müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın dərin böhran işərisində olduğu, vətəndaş müharibəsi və ölkənin parçalanması kimi real təhlükələrlə üz-üzə qaldığı çətin məqamda, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi nəticəsində qayıdışı ilə müstəqil Azərbaycan dövlətçiliyinin əsası qoyuldu. Ulu Öndər xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını yerinə yetirdi və dövlətçiliyik tariximizin şərəfli səhifələrini yazdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması oldu. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumun nəticələrinə əsasən dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdur. Əsas Qanunun qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Azərbaycan Konstitusiyasında  dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur. Bu tarixi hadisənin, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycanda noyabrın 12-si Konstitusiya Günü elan edilib.

                     Sonrakı illərdə Konstitusiyaya olunmuş əlavə və dəyişikliklərdən bəhs edib və xüsusi olaraq vurğulayıb ki, bu yeniliklər Əsas Qanunun təkmilləşməsinə böyük töhfə olub və bununla da birbaşa milli maraqlarımızın daha mükəmməl formada təmin olunmasına zəmin yaradıb: “Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyasının mükəmməl bir sənəd olduğunu vurğulayaraq  Əsas Qanun barədə belə demişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.” Bununla belə yeni reallıqların tələblərinə cavab verə bilmək və əldə olunmuş uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə, 2002-ci, 2009-cu və 2016-cı illərdə dəyişikliklər edilib və əlavələr olunub. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə edilmiş əlavələr və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına dəqiq hesablanıb. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı. Bu yeni təsisat müstəqil Azərbaycanda dövlət və hakimiyyət idarəetmə mexanizmində yeni idarəetmə modeli oldu.

     

     

    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 21:09 Bala Təklə də içməli su ilə təmin edildi 
    2. 18:24 Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”
    3. 17:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 24.12.2025
    4. 17:04 Rayon rəhbərinin Alşanlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidinin ailəsinə diqqəti
    5. 17:01 Rayon rəhbəri Birinci Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 24.12.2025
    6. 16:57 Masallının Birinci Səmədxanlı ərazisinin Alışanlı kəndində 24 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 20:19 Azərbaycan Prezidentinə yazırlar
    8. 14:59 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
    9. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    10. 16:24 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir
    11. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    12. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    13. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    14. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    15. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    16. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    17. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    18. 11:41 Mənalı ömrün işığında
    19. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    21. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    22. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    23. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    24. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    25. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    26. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    27. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    28. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    29. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    30. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    31. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    32. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    33. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    34. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    35. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    36. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    37. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    38. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    39. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    40. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ