Aləmə öyüd vermək istəyən Fransanın eyibləri faş oldu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Aləmə öyüd vermək istəyən Fransanın eyibləri faş oldu

    Aləmə öyüd vermək istəyən Fransanın eyibləri faş oldu

     
    Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Sammitin açılışında iştirak və çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz qətiyyətli mövqeyi ilə bir daha siyasi gündəmi dəyişdirmişdir. Ölkəmizin başçısı çıxışında qeyd etmişdir ki, bu gün dünyada baş verən iqlim dəyişikliklərinin əsas səbəbkarları inkişaf edən böyük dövlətlərdir. Bu problemin əzabıı isə kiçik, inkişaf etməkdə olan ada dövlətləri yaşayır. Onlara belə ağır problemlər yaşadan Fransa və Niderland isə özlərini “demokratiyanın beşiyi”, “insan haqlarının müdafiəçisi” kimi epitetlərlə bəzəməklə məşğuldirlar: “Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.

    Təkcə Fransanın 1966-1996-cı illər ərzində Fransa Polineziyasında apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması məlumdur.  Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Lakin təəssüf ki, indi Fransa özünü mələk kimi göstərir,  imkanı olsa bu fəlakətlərin biskarı kimi Azərbaycanı göstərməkdən belə çəkinməyəcəyi görünür.

    Ölkəmizin başçısı Fransa və Niderlanddan fərqli olaraq Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərdiyini bildirmiş, insan haqlarından dəm vuran Fransanı Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında  həbs edilmiş 1700 insanı həbsdən azad etməyə çağırmışdır.

     XXI əsrdə də müstəmləkəçi siyasətindən əl çəkməyən, “dəniz əraziləri” adlandırdığı müstəmləkələrində bəşəri cinayətlərə imzasını qoyan  Fransa sayəsində planetin ekosisteminə dəhşətli səviyyədə zərər vurulmuşdur.  Ölkəmizin başçısı cənab İlham Əliyevin açıqladığı bu rəqəmlər insanı dəhşətə gətirir. Təəssüf ki, Avropa Şurası, Avropa Birliyi kimi təsisatlar bu cinayətlərə göz yumur, başqa dövlətləri, o cümlədən Azərbaycanı,  insan haqlarını pozmaqda ittiham edir. Ən dəhşətlisi isə odur ki, Avropanın baş diplomatı Cozep Barrel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırır. Amma demir ki, dünyanın çox hissəsini cəngəlliyə çevirən elə Avropanın özüdür. Cozep Barrel kimi diplomatı olan Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?!

     Cənab İlham Əliyevin həqiqətləri çılpaqlığı ilə səsləndirməsi və Azərbaycanın daim ada dövlətlərinə dəstək verəcəyini, Qoşulmama Hərəkatının sədri kimi onların haqlarını müdafiə edəcəyini bildirməsi Sammit iştirakçıları tərəfindən rəğbətlə qarşılanmış, dünyaya  öyüd verməyə cəhd edən Fransanın eyibləri faş olmuşdur.

     



    Akif Həmidov ,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

     

     

       


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:44 Masallıda Həmzəro dağına gedən yolun vəziyyətinə baxış keçirilib
    2. 17:42 Rayon rəhbəri Hampa dağından Givəru çayına çəkilmiş kanala baxış keçirib
    3. 17:41 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Xanalıyan kəndində mərasim evində aparılan təmir-bərpa işləri ilə tanış olub
    4. 17:40 Rayon rəhbəri Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib
    5. 17:39 Rayon rəhbəri Sığdaş ərazisində şəhid məzarlarını ziyarət etdi 22.07.2026
    6. 17:37 Rayon rəhbəri 22 iyul 2026-cı il tarixdə Masallı rayonunun Babaküçə kəndində səyyar qəbul keçirib
    7. 15:21 Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin siyasi əhəmiyyəti
    8. 11:10 Milli Mətbuat Günü – milli şüurun və azad sözün zəfəri
    9. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    10. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    11. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    12. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    13. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    14. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    15. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    16. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    17. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    18. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    19. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    20. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    21. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    22. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    23. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    24. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    26. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    27. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    28. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    29. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    30. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    31. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    33. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    34. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    35. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    36. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    37. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    38. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    39. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    40. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ