Главная > Maraqlı > Şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 4-cü ildönümü anıldı

Şəhid Niyaməddin Sultanzadənin şəhadətinin 4-cü ildönümü anıldı


Dünən, 16:21. Разместил: admin44
22 noyabr 2024-cü il tarixində Masallı şəhərində şəhid Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun şəhadətinin 4-cü ildönümü anılmışdır.

Şəhid Niyaməddin Sultanzadənin şəhadətə yüksəlməyinin 4-cü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdri müavini Niyazi Bağırov, din xadimləri, ərazi nümayəndəliyi, bələdiyyə və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.




шаблоны для dle 11.2
Вернуться назад