Köhnə Alvadının təzə donu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Köhnə Alvadının təzə donu

    Köhnə Alvadının təzə donu


    Bu gün Masallı rayonunun şəhər, qəsəbə və kəndlərində görülən abadlıq-quruculuq, səliqə-sahman, yaşıllıqsalma işləri diqqət çəkir. Belə tədbirlər Köhnə Alvadı ərazisində də öz əksini tapır.  

    Bu məqsədlə Masallı Rayon İcra Hakimiyyəti başçısının Köhnə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kərim Ağayevlə görüşdük. Onunla müsahibəni sizə təqdim edirik.

    Qısa tanıtım: Kərim Ramazan oğlu Ağayev 1 noyabr 1973-cü ildə Masallı rayonu, Tüklə ərazisinin Məmmədoba kəndində anadan olub. Orta təhsilini Məmmədoba kənd səkkizillik və Tüklə kənd orta məktəblərində alıb. Rusiya Federasiyasının Maliyyə və Hüquq İnstitutunu bitirib. Masallı RİHB-nın Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini və ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində (1996-2024) çalışıb. Masallı Rayon İcra Hakimiyyəti başçısının 28.10.2024-cü il tarixli Sərəncamına əsasən Köhnə Alvadı inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub.Respublika Prezidentinin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

    -Bu gün Köhnə Alvadının yeni donu göz oxşayır. Qəsəbəni xatırladan bu kəndin yeni siması yerli sakinlərlə yanaşı, bura təşrif buyuran hər kəsin qəlbinə fərəh gətirir. Bu gözəllik isə ərazi nümayəndəliyi və bələdiyyənin, sakinlərin, xeyirxah insanların birliyi, zəhməti hesabına yaradılıb.
    [29.11 08:09] Israfil: - 28 ildir dövlət qulluğunda çalışıram. İşlədiyim bu müddətdə bələdiyyə və digər məsul şəxslərlə birgə vaxtaşırı olaraq sakinlərlə, ağsaqqal və ziyalılarla, gənclərlə, iş adamları ilə görüşür, görüləcək işlər barədə müzakirələr aparır, fəaliyyətimi onlarla işbirliyi çərçivəsində qurmağa çalışmışam. Bu gün də belədir. Yəni bu əraziyə rəhbər təyin edildiyim ilk gündən etibarən yenə də yuxarıda sadaladığım insanların dəstəyinə arxalanıram.Necə deyərlər, birləşən güc yenilməz. Məhz kənddə şahidi olduğunuz bu gözəllik də el birliyi, əl birliyinin nəticəsidir. 

    -Ərazidə vüsət alan abadlıq-quruculuq işlərinin bir qismi barədə məlumat verərdiniz.

    -Kənddəki göl ətrafında gözəl park salınıb. Bu füsunkar məkanda insanların xoş istirahətindən ötrü hər cür şərait yaradılıb. Park-bulvarda sahilboyu söhbətgahlar, uşaqların əylənməsi üçün avadanlıqlar quraşdırılıb, müxtəlif növ ağaclar əkilib. Ayrı sahədə isə şam bağı salınıb.

    Xeyriyyəçilər və sakinlərin köməyilə tikilən məscid və mərasim evinnin həyəti abadlaşdırılıb. 740 kvadratmetr sahəyə metlax düzülüb. Ağaclar budanıb, yeniləri əkilib. Genişləndirilən ərazinin asfaltlanması nəzərdə tutulub.

    Kənd qəbiristanlığında 2 quyu qazılıb, elektrik dirəkləri yenilənib.  

    Ərazidə SİP kabelləşmə işləri aparılır. 9 yeni transformatorun quraşdırılması nəzərdə tutulub.  İnternet xətti yenilənib. 400 metr məsafəli məktəb yolu işıqlandırma sistemi ilə təchiz edilib, yolboyu güllər əkilib. Küçələrdə 363 zibil qutusu yerləşdirilib. Sakinlərin vəsaiti hesabına alınan maşınla vaxtaşırı olaraq rayon mərkəzindəki məişət tullantıları paliqonuna daşınır.

    Yaşıllıqsalma işimizin əsasını təşkil edir. Ağacəkmə aksiyaları mövsüm boyu davam etdirilir. Təkcə ötən ay ərazidə 400 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib.

    Qış mövsümünə hazırlıq məqsədilə qabaqlayıcı tədbirlər görülməkdədir. Bütün suaparıcı arxlar təmizlənib. Təzə yaşayış massivlərindən başqa əksər yollarımıza asfalt örtüyü çəkilib. Bu il 700 metr məsafədə küçəyə çınqıl, 400 metr yola, o cümlədən şəhid Zöhrab Həsənov və Əlihasil Əsgərov adına küçələrə asfalt döşənib.

    Söhbətə ərazi nümayəndəsinin müavini Baloğlan Fətullayev qoşulur:
    [29.11 08:10] Israfil: -Kənd sakinləri irəli sürülən nəcib təşəbbüslərə canla, başla qoşulurlar. Bakıda, Rusiyada yaşayan köhnə alvadılılar da hər işimizə dəstək olurlar. Şəhid Əlihasil Əsgərovun ata evində bacısı üçün yeni ev inşa edilib. Hazırda digər bir imkansız ailə üçün ev tikilir. Bayram ərəfələrində və digər günlərdə şəhid ailələri, qazi və imkansız ailələrə yardımlar edilir, problemlərinin həllinə çalışırıq. Hər həftə növbəli şəkildə bir neçə imkansız ailənin kənddəki ərzaq dükanlarından yararlanmasına imkan yaratmışıq. 

    -Kənd təsərrüfatının inkişafı xalqın rifahının yaxşılaşmasında çox önəmlidir. Ərazidə bu sahəyə diqqət necədir?

    -4113 nəfər əhalisi olan kəndimizdə 1278 təsərrüfat mövcuddur. Ümumi ərazimiz 791 hektardır. Kənd təsərrüfatı sahəsi üzrə mövsümi işlər görülməkdədir. Artıq 190 hektar sahə şumlanıb. 65 hektarda buğda, 29 hektarda arpa, 14 hektarda vələmir, 40 hektarda kartof əkilib. Çiyələkçilik fermerlərimiz üçün ən əlverişli təsərrüfat sahəsidir. 130 hektarda bu məhsul yetişdirilir.  Əkin işləri davam etdirilir. Xüsusi təsərrüfatlarda 492 iri, 2128 xırda buynuzlu mal-qara, 11660 quş, 110 arı ailəsi bəslənilir.

    Ərazidə 10 və 11 hektarı əhatə edən iki sututar var. Ötən ilin yay aylarında hər iki sututarda lildəntəmizləmə və bəndbərkitmə işləri aparılıb. Xüsusi texnikalar vasitəsilə sututarlardan Ələt-Astara magistral yolunacan olan 3,7 kilometr kanallar təmizlənib ki, bu da ərazi boyu, o cümlədən qonşu kəndlərin əkin sahələrinin suvarılmasına münbit şərait yaradıb. Bundan əlavə təsərrüfat sahələrində yeni subartezian quyuları qazılıb.

    -Kərim müəllim, sizinlə görüşümüz Böyük Qələbəmizin dördüncü ildönümü ərəfəsindədir. Vətənpərvər ailənin nümayəndəsi, keçmiş döyüşçü kimi fikirləriniz oxucularımız üçün maraqlı olar.

    -Şükürlər olsun ki, əzəli torpaqlarımızı Ali Baş Komandanımızın rəhbərliyi, müzəffər ordumuzun şücaəti ilə geri qaytardıq. 30 il öncəki günlərin ağrı-acısını 44 günə sığan Zəfər sevincimiz üstələdi. Xalqımızın bayram coşqulu günlərində doğma yurd-yuvalarına qovuşan soydaşlarımız kimi mənim də bizim ailənin də sevinci yerə-göyə sığmırdı. Birinci Qarabağ müharibəsində mən Ağdam, Ağdərə, Murovdağ, Kəlbəcər, Sərsəng Su Anbarı ətrafında, böyük qardaşım Rüstəm isə Laçın istiqamətində döyüşlərdə azğın düşmənə qarşı vuruşmuşuq. Ağır döyüşlərin birində yaralanan qardaşım qarşı tərəfə əsir düşdü. Səkkiz əsgərimizlə birgə, 26 yanvar 1994-cü ildə Ermənistanın Spitak həbs düşərgəsində güllələndi. Aprelin 8-də Qızıl Aypara Cəmiyyətinin köməyi ilə cənazəsi alınıb vətənə gətirildi və kəndimizdə torpağa tapşırıldı.Bu gün təsəlli tapıram ki, qardaşımın, şəhidlərimizin qisası alındı.Qədirbilən xalqımız nə o günləri, nə də erməni faşizminə ölümcül zərbə endirən, bizə tarixi zəfəri yaşadan qəhrəmanları unutmayacaq...

    -Ərazdə quruculuq işlərinin aparılması, müasir kənd infrastrukturu prosesinin artan sürətlə davam etməsi yönümündə sizə uğurlar arzulayırıq.





    Akif AĞAYEV.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    2. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    3. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    5. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    6. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    7. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    8. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    9. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    10. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    12. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    14. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    15. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    16. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    17. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    18. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    19. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    20. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    21. 10:08 UNUDULMUR...
    22. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    23. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    25. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    26. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    27. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:46 “PeşəFest-2026” - Masallıda
    29. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    31. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    32. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    33. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    36. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    37. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    38. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    39. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    40. 21:33 Masallıda Sərbəst və Yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turniri keçirilib
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ