“Vətəni sevməyən insan olmaz” – Masallıda anım tədbiri  » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Vətəni sevməyən insan olmaz” – Masallıda anım tədbiri 

    “Vətəni sevməyən insan olmaz” – Masallıda anım tədbiri 


    “20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir”.
                                                                                                                         Ulu öndər Heydər Əliyev

    Masallıda Azərbaycanın suverenliyi və istiqlaliyyət rəmzi olan 20 yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı “Vətəni sevməyən insan olmaz” adlı anım tədbiri keçirilib. 
    Masallı Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə idarə və təşkilat rəhbərləri, mədəniyyət, media işçiləri, gənclər və tələbələr iştirak ediblər.
    Əvvəlcə vətənimizin  müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. 

    Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva 1990-cı ilin 20 Yanvar faciəsinin xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur günü kimi xarakterizə edib. 
    Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə nümayəndəsi Salman Yunusov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb, xatirələrini bölüşüblər. 
    Çıxışlarda bildirilib ki, faciədən bir gün sonra ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə böyük cəsarət və xalqına bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza  qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış etdi: “Ulu öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 

    Xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı. 20 Yanvar şəhidlərinin ruhu şaddır, onların və Birinci Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın işğalından azad edib, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır...”
    Sonda tədbir iştirakçıları 20 yanvar faciəsinin qəhrəmanlıq səhifəsini  özündə əks etdirən foto və  Masallı Dövlət Rəsm Qalereyası üzvlərinin rəsm işlərindən ibarət sərgiyə baxış keçiriblər.









    Akif VAQİFOĞLU
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    2. 09:07 Ərazi nümayəndəsinin tribunası
    3. 09:05 Allah rəhmət eləsin
    4. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    5. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    6. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    7. 13:52 Allah rəhmət eləsin
    8. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    9. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    10. 10:25 Bələdiyyə sədri
    11. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    12. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    13. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    14. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    15. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    17. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    18. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    19. 14:35 Yeni şeirlər
    20. 10:59 Perspektivli idmançıların aşkarlanması
    21. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    22. 15:56 100 illik ömrün işığı
    23. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    24. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    25. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    26. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    27. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    28. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    29. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    30. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    32. 14:19 QANLI YANVAR
    33. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    35. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    36. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    37. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    38. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    39. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    40. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ