Главная > Mədəniyyət > Masallıda mədəniyyət işçilərinin iştirakı ilə müşavirə keçirilib

Masallıda mədəniyyət işçilərinin iştirakı ilə müşavirə keçirilib


29-08-2023, 13:28. Разместил: admin44

Bu gün, avqustun 29-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan müəssisə əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Seminar-müşavirəni mərkəzin direktoru Vəkil İsmailov açaraq mədəniyyət sahəsində görülən işlərdən, aparılan islahatlardan danışıb. Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunan daxili nizam-intizam qaydaları haqqında Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan kollektiv üzvlərinə ətraflı məlumat verilib.

Tədbirdə mədəniyyət sahəsində mövcud problemlər dinlənilib, suallar cavablandırılıb və səsləndirilən təkliflər qeydə alınıb. Mövcud problemlərin həlli üçün mədəniyyət müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib.






ƏLİHÜSEYN ŞÜKÜROV,                                                                                                                                               Masallıda çıxan «Yeni həyat» ictimai-siyasi qəzetinin Baş redaktoru



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад