Vətən Müharibəsi Qəhrəmanı doğum günündə anıldı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Vətən Müharibəsi Qəhrəmanı doğum günündə anıldı

    Vətən Müharibəsi Qəhrəmanı doğum günündə anıldı


    Masallıda Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri, “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Bayram oğlu Əsgərlinin doğum günü anılıb.

    Rayonun Viləş kəndində olan şəhidin evində baş tutan  tədbirdə  Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, hüquq mühafizə orqanları, idarə-müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak ediblər.

    Anım tədbirində Vətən yolunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Tədbirdə adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şəhidlərə daim ehtiram göstərildiyini bildirən rayon rəhbəri ölməz qəhrəmanın həyat yollarının  gələcək nəsillərə örnək olduğunu söyləyib.

    Çıxış edənlər Vətən yolunda şərəfli ölümü bütün Azərbaycan xalqına baş ucalığı gətirən şəhid İntiqam Əsgərlinin əbədiyaşar  həyatı və döyüş yolundan danışıblar.

    İntiqam  Əsgərli 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində dünyaya göz açıb. Vətəninə, yurduna sonsuz məhəbbətlə  boya-başa çatan elin sevimli oğlu orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirib Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. 2015-ci ildə Türkiyədə kəşfiyyat kursunu mükəmməl  başa vurub.  Aprel döyüşlərində hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşüb. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. İntiqam Əsgərli onu özü döyüş meydanından çıxardıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri İntiqam Əsgərli 44 günlük Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına  əbədiyyətə qovuşub.

    Vətənini canından əziz tutan  ölməz igidimiz İntiqam  Əsgərli  ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. "Vətən uğrunda", "Cəsur döyüşçü", Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığına  görə medalları ilə təltif olunub. Şəhər 3 saylı məktəb, mərkəzi küçələrdən biri onun adını daşıyır. Nur adlı qızı, İntiqam adlı oğlu yadigar qalıb.

    Şəhidlərin valideynləri Ziba xanım, Bayram kişi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədova və bütün qonaqlara minnətdarlıq edərək qeyd etmişlər ki, Azərbaycan xalqının tarixinə qeyrət, hünər səhifəsi kimi yazılan Vətən müharibəsi müqəddəs Qarabağı bizə qaytardı. Bu haqq savaşımızda iki oğlumuz şəhid oldu.  Torpaq  uğrunda ölən varsa, Vətəndir. Bütün qəhrəmanlar xalqın fəxridir. Bizim oğullar da belə...





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    2. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    3. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    4. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    5. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    6. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    7. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    8. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    9. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    10. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    11. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    12. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    13. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    14. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    15. 09:07 Ərazi nümayəndəsinin tribunası
    16. 09:05 Allah rəhmət eləsin
    17. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    18. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    19. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    20. 13:52 Allah rəhmət eləsin
    21. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    22. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    23. 10:25 Bələdiyyə sədri
    24. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    25. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    26. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    27. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    28. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    29. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    30. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    31. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    32. 14:35 Yeni şeirlər
    33. 10:59 Perspektivli idmançıların aşkarlanması
    34. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    35. 15:56 100 illik ömrün işığı
    36. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    37. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    38. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    39. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    40. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ