Masallıda “Müəllim ömrü bir çıraqdır” mövzusunda tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Müəllim ömrü bir çıraqdır” mövzusunda tədbir

    Masallıda “Müəllim ömrü bir çıraqdır” mövzusunda tədbir


    04 oktyabr 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında  “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə “Müəllim ömrü bir çıraqdır”  mövzusunda tədbir keçirilib.

    Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açaraq bildirmişdir ki,  5 Oktyabr- Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.

    Həmçinin ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Ulu Öndərin siyasi davamçısı Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə  hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.

    Vətənə layiqli və vətənpərvər vətəndaş yetişdirən müəllim vətənin dar günün qələmini yerə qoyub silah da götürə bilir. Bunun bariz nümunəsi kimi deyə bilərik ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində rayondan 15 müəllim düşmənə qarşı döyüşmüşdür.

    Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimləri xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər. Hər birinizə fəaliyyətinizdə uğur arzu edirəm. Bayramınız mübarək, əziz müəllimlər!

    Daha sonra Rayon Təhsil Sektorunun müdiri Elman Rzayev, əməkdaşı Samit İslamov, Göyəçöl kənd tam orta məktəbinin xarici dil müəllimi Lalə İsrafilova, Xırmandalı kənd tam orta məktəbinin coğrafiya müəllimi Həşim Abbasov çıxış edərək  təhsil sahəsində aparılan islahatlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, ölkəmizdə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu bildirilib.

    Həmçinin natiqlər şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələri diqqətə çatdiraraq hər il daha da inkişaf edən təhsilimizə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli və savadlı gənclər yetişdirəcəklərinə söz veriblər.

               Tədbirin sonunda “5 Oktyabr Beynəlxalq Müəllimlər Günü” münasibətilə rayonun bir qrup fəal müəllimi təhsil sahəsində xidmətlərinə görə Masallı Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərmanı” ilə təltif edilmişdir.










    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:07 Masallı rayon əhalisinin, idarə, müəssisə və təşkilatlarının nəzərinə!
    2. 13:01 Azərbaycan mətbuatının 150 illik tarixi salnaməsi
    3. 20:26 Masallıda I qrup əlil ailəsi ziyarət olunub
    4. 09:27 8 Mart beynalxalq qadınlar günüdür!
    5. 11:25 Rayon rəhbəri I qrup əlil Zeynəb Məmmədovanın arzusunu gerçəkləşdirib
    6. 11:23 Rayon rəhbəri Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb, həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub
    7. 16:41 8 Mart və Heydər Əliyevin qadın siyasəti
    8. 16:29 Mehriban Əliyeva – Azərbaycan qadınının gücü və humanizmin simvolu
    9. 10:31 GÖRÜLƏN İŞLƏR ÜZ AĞARDIR... MASALLIDA...
    10. 20:34 Azərbaycan Prezidentinə yazırlar
    11. 20:29 İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
    12. 20:28 Masallı şəhərində Cənab Prezident adından imtiyazlı və aztəminatlı ailələr üçün iftar süfrəsi açılmışdır
    13. 20:23 Masallıda “8 Mart Beynəlxalq Qadınlar Günü” qeyd olundu
    14. 20:20 Masallı Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib
    15. 20:17 Masallı RİH başçısı 05 mart 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 15:38 Azərbaycan Prezidentinə yazırlar
    17. 10:11 Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında çıxışı
    18. 18:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı dünya çempionu Nərmin Əliyeva ilə görüşüb
    19. 18:09 Masallı “Region idmançılarının I festivalı”na ev sahibliyi etdi
    20. 18:04 Boradigah qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    21. 18:01 Hişkədərə ərazisində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası 04.03.2026
    22. 17:58 Rayon rəhbəri Hişkədərə ərazisinin Mişkəmi kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib - 04.03.2026
    23. 16:20 Azərbaycan Prezidentinə yazırlar
    24. 15:46 Rayon rəhbəri Hişkədərə ərazisində şəhid məzarlarını ziyarət etdi 04.03.2026
    25. 15:43 Masallının Hişkədərə ərazisinin Mişkəmi kəndində səyyar qəbul keçirilib
    26. 15:49 Masallıda 2026-cü ilin martayına olan səyyar-görüş qəbulları barədə
    27. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    28. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    29. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    30. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    31. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    32. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    33. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    35. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    36. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    37. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    38. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    39. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    40. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    «    İyul 2026    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ