Masallının “Park Bulvar” ərazisində ağacəkmə aksiyası
Masallı rayonu ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları mütəmadi olaraq davam etdirilir.
Belə ki, rayonun Masallı şəhəri ərazisində “Park Bulvar” kompleksində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, gənclər, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak etmişlər.
Aksiyada 300 ədəddən çox meşə ağacı əkilmiş və ağaclara aqrotexniki qulluq göstərilmişdir.