Главная > Siyasət / Manşet > Köhnə Zuvand kəndində "Təhsil pilləkəni"nin açılışı
Köhnə Zuvand kəndində "Təhsil pilləkəni"nin açılışı22-06-2023, 00:00. Разместил: admin44 |
Masallı rayonunun Köhnə Zuvand kəndində yararsız məktəb yolunun rahat istifadə edilə bilməsi üçün dağ relyefli ərazisində quraşdırılan 90 metrlik və 300 pilləlik pilləkənin, bu gün Masallı rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədovun, rayon struktur rəhbərlərinin, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılışı oldu. Kifayət qədər səmimi keçən açılış tədbirində iştirak edən yerli sakinlər yaradılan bütün şəraitlər, övladlarının təhsil alması üçün təmin edilən üstünlüklər üçün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevə, onun uğurlu siyasətini rayonumuzda davam etdirən rayon rəhbəri Araz Əhmədova minnətdarlıqlarını bildirdilər. Açılışda iştirak edən yerli sakinlər çıxışlarında sözügedən pilləkənin Ulu Öndər Heydər Əliyevin 100 illiyində, Qurban bayramı ərəfəsində hədiyyə edilməsinin onlar üçün böyük sevinc oldğunu bildirdilər. Mərasimdə kənd sakinləri qeyd etmişlər ki, Vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova sonsuz təşəkkürümüzü bildiririk. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |