Главная > Siyasət > Xəlfələr kənd sakinlərinin müraciətləri “Açıq mikrofon”da

Xəlfələr kənd sakinlərinin müraciətləri “Açıq mikrofon”da


24-10-2023, 23:30. Разместил: admin44

24 oktyabr 2023-cü il tarixində Azəriqaz İstehsalat Birliyi tərəfindən rayonun Xəlfələr kəndində “Açıq mikrofon” aksiyası təşkil olunub.

Təbii qazla təchiz edilməyən Xəlfələr kəndində baş tutan aksiyada təbii ki, kəndin qazlaşdırılması istəyi bütün müraciətlərin önündə gəlməli idi. Və elə də olub. Mikrofon önünə çıxan 10 sakindən 6-sı Xəlfələr kəndinin qazlaşdırılmasını xahiş edib. Digər 3 müraciətə gəlincə, bunlar rayonun Köhnə Alvadı və Hişkədərə kəndləri ilə yanaşı, Lənkəran rayonundan qatılan abonentlər tərəfindən ünvanlanıb. Cəmaləddin Manafovla Asiman Ağayev qaz xəttinin yerinin dəyişdirilməsini, Əbülfət Cəbrayılov isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri müraciətlər barədə ətraflı izahatlar verilib.
   


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад