Главная > Siyasət > İlham Əliyev bu tarixdə Sankt-Peterburqa gedəcək

İlham Əliyev bu tarixdə Sankt-Peterburqa gedəcək


11-12-2023, 14:32. Разместил: admin44
 

Dekabrın 26-da MDB-yə üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq.

Bu barədə MDB-nin baş katibi Sergey Lebedev açıqlayıb.

"Dekabrın 25-26-da Sankt-Peterburqda da iki mühüm tədbir keçiriləcək. Bu, dekabrın 25-də prezidentlər səviyyəsində Aİİ-nin Ali Şurasıdır, 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü gözlənilir", - deyə o qeyd edib.

Görüşdə Azərbaycan lideri İlham Əliyevin də iştirakı nəzərdə tutulub.

Bundan əlavə, Lebedev əlavə edib ki, dekabrın 18-də Rusiyanın baş naziri Mixail Mişustinin təşəbbüsü ilə MDB hökumət başçılarının növbədənkənar iclası keçiriləcək.



"Yeni heyet" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад