Masallıda bir qrup fəal gənc “Fəxri Fərman” ilə təltif edildi » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda bir qrup fəal gənc “Fəxri Fərman” ilə təltif edildi

    Masallıda bir qrup fəal gənc “Fəxri Fərman” ilə təltif edildi


    01 fevral 2024-cü ildə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında “2 Fevral-Azərbaycan Gənclər Günü” ilə əlaqədar bir qrup rayon gənclərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə iştirak edən bir qrup fəal gənc Masallı Rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 2024-cü il tarixli, 17 nömrəli Sərəncamı ilə “Fəxri Fərman” ilə təltif edildi.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov giriş nitqi ilə çıxış edərək bildirib ki, 2 fevral gününün Azərbaycan Gəncləri Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.1994-cü ilin 26 iyununda dövlət gənclər siyasətini icra edən Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı.1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərilərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin ilk forumu keçirilmişdir. Forumda Ümumilli lider Heydər Əliyev şəxsən iştirak etmişdir. 1 Fevral 1997-ci il tarixdən forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev “2 Fevral-Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında”  Sərəncam imzalamışdır.

     Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.

    Sonra rayon rəhbəri respublikamızda olduğu kimi rayonumuzda da gənclər hər zaman diqqət mərkəzində saxlanıldığını bildirərək idarə-müəssisələrdə çalışan gənclərin statistik sayını, təhsil, idman sahəsindəki uğurlarından bəhs etdi.

    Daha sonra bir qrup fəal gənc cənab Araz Əhmədov tərəfindən  “Fəxri Fərman” ilə təltif edildi.

    Təltiflərdən sonra “Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektoru üzrə müdiri Sabiq Cahangirov rayon  gənclərini təbrik edərək diqqət və qayğıya görə rayon rəhbərinə təşəkkürünü ifadə etdi. Ölkədə aparılan gənclər siyasətindən bəhs etdilər.

    Sonda cənab Araz Əhmədov qeyd etdi ki, 2024-cü il fevralın 7-də Azərbaycanın ictimai-siyasi həyatında növbəti əlamətdar gün yaşanacaq. Həmin gün xalq tərəqqiyə, inkişafa və rifaha səs verəcək. 7 fevral seçkiləri həm də ona görə əlamətdar olacaq ki, son 28 ildə səsvermə prosesi Azərbaycanın bütün ərazilərində keçiriləcək. İndi bütün şəhərlərimiz, rayonlarımız, qəsəbələrimiz, kəndlərimiz liderimizi seçəcək və bütünləşmiş Azərbaycanın gələcəyinə səs verəcək.
























    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    2. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    3. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    4. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    5. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    6. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    7. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    8. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    9. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    10. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    11. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    12. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    13. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    14. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    15. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    16. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    17. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 09:32 Nadir Ağayevin xatirə turnirində
    19. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    20. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    21. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    22. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    23. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    24. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    25. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    26. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    27. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    28. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    29. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    30. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    32. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    34. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    35. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    37. 09:19 Statistikanın əhəmiyyəti
    38. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    39. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    40. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ