Главная > Siyasət > Milli Məclisin yaz sessiyasında ilk iclası işə başlayıb
Milli Məclisin yaz sessiyasında ilk iclası işə başlayıb1-02-2024, 19:49. Разместил: admin44 |
![]() Fevralın 1-də Milli Məclisin 2024-cü ilin yaz sessiyasında ilk iclası işə başlayıb. İclasın gündəliyinə 10 məsələ daxil edilib. 1. Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi; 2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi; 3. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi; 4. “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi; 5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 6. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 7. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 9. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); 10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). ![]() "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |