Главная > Siyasət > Aidos Sarım: “Seçicilər yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak edirdilər”

Aidos Sarım: “Seçicilər yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak edirdilər”


8-02-2024, 17:29. Разместил: admin44


Qazaxıstan Parlamentinin müşahidə missiyası fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Nümayəndə heyətinin rəhbəri Aidos Sarım çıxış edib.

 O bildirib ki, müşahidə missiyası olaraq Bakıda, Sumqayıtda və regionlarda olublar: “Seçki prosesində heç bir qanun pozuntusu olmadı. Seçicilər yüksək əhval-ruhiyyədə səsvermə prosesində iştirak edirdi və yüksək seçici fəallığı müşahidə etdik. Sevindirici haldır ki, seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün süveren ərazilərində keçirildi və insanlar səsvermə hüququndan bəhrələndilər”.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад