Главная > Siyasət > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


19-02-2024, 16:37. Разместил: admin44


Hörmətli cənab prezident,

Ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı və layiqli qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Bu şərəfli vəzifədə yenidən seçilməyiniz xalqımızın Sizin liderliyinizə olan hədsiz etimadını və dünyada yüksək nüfuzunuzun göstəricisidir.

Cənab Prezident, qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində Xalq-Ordu-Prezident vəhdəti dünyaya sübut etdi ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə hər şeyə qadirdir. Dövlətimiz tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə və döyüşlərdə iştirak etmiş müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir.

Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır.

Sizi parlaq qələbə münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xalqımıza sülh və əmin-amanlıq arzu edirik.


Hörmətlə,

Bayram Əsgərov və Ziba Əsgərova, iki şəhidin valideynləri.
Azərbaycan Respublikası, Masallı rayonu, Viləş kəndi.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад