Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü

    Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü


    04 aprel 2024-cü il tarixdə rayonun Qəriblər kəndində yerləşən Viləş Oteldə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərinin iştirakı ilə şəhid ailələrini qəbul etmişdir.

    Görüş-qəbulu rayon rəhbəri ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açmış və görüşdə iştirak edən şəhid ailələrini salamlayaraq bildirmişdir ki, ölkəmizdə şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Rayon İcra Hakimiyyətinin Başçısı bütün ölkədə olduğu kimi rayonumuzda da şəhid ailələrinin daim diqqətdə olduğunu bildirərək ötən görüşlərdə şəhid ailələrinin qaldırdıqları məsələlərin həlli ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat üçün sözü Masallı Rayon İcra Hakimiyyətinin Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyevə verdi.

    Q.Hadıyev tədbir iştirakçılarını salamlamış və rayon rəhbəri ilə ötən görüşlərdə şəhid ailələri tərəfindən edilmiş müraciətlər, onların həlli istiqamətində görülmüş işlər və hal-hazırda bir çox məsələlərlə bağlı həyata keçirilən lahiyələr barədə geniş məruzə etmişdir.

    Sonra rayon rəhbəri bir daha şəhid ailələrinə onları narahat edən məsələlərlə bağlı təklif müraciətlərini səsləndirməyi xahiş etmişdir. Şəhid ailələrindən Sədaqət Məmmədova, Hafiz Qurbanov, Turac Quliyev, Arif Əliyev, Əfrail Əzizov və başqaları çıxış edərək onları narahat edən məsələlrlə bağlı müraciətlərini etmişlər. Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ötün görüşlərdə olduği kimi səslənən bütün müraciətlərin qeydə alındığını, həssas sinfə aid olan şəhid ailələrini narahat edən hər bir məsələnin həlli istiqamətində mümkün olan bütün addmların atılacağını, onların müraciətləri ilə bağlı dərhal və operativ şəkildə işlərin aparılacağını bildirmişdir.

    Görüşdə iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olmamasında maraqlı olan xarici qüvvələrin yenidən aktivləşdiyini bildirərək əsasən bir çox xarici ölkələrdən maliyyələşən və ölkəmizin şanlı qələbəsinə kölgə salamağa çalışanların olduğunu bildirmiş, xüsusəndə ölkəmizin ərazi bütövlüyü və qələbəsində payı olan qəhrəman şəhidlərimizin, igid oğullarımızın sücayəti ilə azad olunmuş ərazilərimizin süverenliyinin Cənab Prezident ətrafında sıx birləşərək birlikdə qorumağımızın vacibliyini vurğulamışdır.

    Sonda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov çıxış edərək Ölkə Başçısının şəhid ailələrinə diqqət və qayğısından bəhs etmiş, belə görüşlərin mütəmadi keçirildiyini bildirərək istənilən zaman şəhid ailələrini narahat edən bütün məsələlərlə bağlı daim onları dinləməyə hazır olduğunu bildirmişdir.











    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    2. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    3. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    4. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    5. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    6. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    7. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    8. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    9. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    10. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    11. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    12. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    15. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    16. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    17. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    18. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    19. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    20. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    21. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    22. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    23. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    24. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    25. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    26. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    27. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    28. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    29. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    30. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    31. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    32. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    34. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    35. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    36. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    37. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    38. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    39. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    40. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ