Главная > Siyasət / Manşet > Qida Təhlükəsizliyi Agenti Masallıda vətəndaşları qəbul edib
Qida Təhlükəsizliyi Agenti Masallıda vətəndaşları qəbul edib25-04-2024, 20:00. Разместил: admin44 |
Prezident İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 25-də Masallı Rayon Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Agentliyin məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |