Masallıda kartofçuluqla bağlı müşavirə » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda kartofçuluqla bağlı müşavirə

    Masallıda kartofçuluqla bağlı müşavirə



    Masallıda kartofçuluğun inkişaf etdirilməsi və problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

    4 iyun 2024-cü il tarixdə, Təklə kəndində yerləşən «İpək yolu» restoranında, açıq sahədə Masallı rayonunda kartofçuluğun inkişaf etdirilməsi və problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
    Araz Əhmədovun sədrliyi ilə keçən müşavirədə ötən illər və cari ildə Masallı rayonun kənd təsərrüfatının inkişafı istiqamətində görülmüş geniş işlər və qarşıda duran vəzifələr barədə məlumat verilmişdir.
    Müşavirədə Masallı RİH başçısı cənab Araz Əhmədov çıxış edərək  Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışdı. Natiq qeyd etdi ki, ölkəmizdə aqrar sektorun inkişafı və kənd təsərrüfatı məhsullarının  istehsalının genişlənməsi məsələləri ölkə başçısının diqqət mərkəzindədir. Natiq son zamanlarda Masallı rayonunda kartofçuluğun inkişaf etdirilməsi və problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr haqqında geniş məlumat vermişdir. Bildirilmişdir cari ildə Masallının təsərrüfatlarında 900 hektardan çox sahədə kartof yetişdirilmişdir. Hazırda kartofçuluqda işlərin ən qaynar vaxtı, məhsul tədarükünün qızğın dövrüdür.

    Araz Əhmədov geniş nitqində  kənd təsərrüfatının yeni inkişaf mərhələsində olduğunu vurğulayaraq, qeyd edib ki, bu mərhələdə masallılı fermerlərin, xüsusən də kartof əkib-becərənlərin də üzərinə mühüm vəzifələr düşür.
    Aqrar sektora göstərilən dövlət dəstəyindən danışan Masallı rayon rəhbəri bu sahənin inkişafı üçün inzibati və maliyyə resurslarının səfərbər edilməsinin, iri təsərrüfatların, kooperativlərin, soyuducu anbarların yaradılmasının perspektivlərindən bəhs edib. Bildirib ki, kənd təsərrüfatında subsidiyalardan səmərəli istifadə vacibdir. Bu sahənin idarə edilməsi işinin yaxşılaşdırılması, yeni texnologiyaların tətbiqi də qarşıda duran ümdə vəzifələrdəndir.
    A.Əhmədov Masallıda kənd təsərrüfatının ənənəvi sahələrinin - tərəvəzçiliyin, heyvandarlığın, üzümçülüyün, son vaxtlar diqqət çəkən çiyələkçiliyin inkişafı ilə yanaşı, çəltikçiliyin, bağçılığın, tütünçülüyün da perspektivləri barədə fikirlərini bildirib, görüləsi işləri diqqətə çatdırıb.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, bu sahə ilə məşğul olan mütəxəssislər, tabeli təşkilart rəhbərləri kartof mülkiyyətçilərin sualları ətrafında yaranan məsələlərlə bağlı müvafiq  açıqlamalar vermişlər.
    Masallı Dövlət Aqrqr İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev, bitki mühafizə və fumiqasiya Mərkəzinin rəisi Sakit Məmmədov, Viləşçay Su Anbarı və İstismarı İdarəsinin rəisi Rusif Kərimov, Əhmədli kənd sakini, «Tərəqqi» medallı Hadı İsmayılov, Ləngən kənd sakini Nazim Eyniyev, ayrı-ayrı fermerlər, iş adamları, mülkiyyətçilər əsasən kartofçuluğun və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması yollarından söhbət açmışlar. Onların fikirləri, təklifləri, problemləri öyrənildikdən sonra qarşıya çıxan suallara aidiyyəti qurumların rəhbərləri qarşısında vəzifələr qoyulmuşdur.

    Müşavbirədən sonra Masallı RİH başçısı Araz Əhmədov və işçi qrupunun üzvləri açıq havada, Təklə kəndində Yadulla Vəliyevin rəhbərlik etdiyi kartof sahələrində məhsul yığımı ilə tanış olmuşlar.

    Fermer çalışdığı sahənin uğurları və çətinlikləri barədə Masallı rayon icra başçısına məlumat vermişdir.














    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    2. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    3. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    4. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    5. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    6. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    7. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    8. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    9. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    10. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    11. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    12. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    15. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    16. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    17. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    18. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    19. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    20. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    21. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    22. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    23. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    24. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    25. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    26. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    27. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    28. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    29. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    30. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    31. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    32. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    34. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    35. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    36. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    37. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    38. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    39. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    40. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ