Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar dəyirmi masa » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar dəyirmi masa

    Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar dəyirmi masa


    08 iyul 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən mərasimlərlə bağlı dəyirmi masa keçirilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Əhli-Beytə ehtiram nümunəsi olan bu ayın Vətən müharibəsi şəhidlərimizin anılması üçün müqəddəs məqam olduğunu, İmam Hüseyn şəhidlik məktəbinin yaşadığının göstəricisidir.

    Dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təməlini qoyan, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərə hər zaman diqqət və qayğı ilə yanaşdığını bildirən  A.Əhmədov, bu ənənənin dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkəmizin inkişafına böyük töhfə verdiyini vurğulayıb. Rayon rəhbəri ölkəmizin hər yerində olduğu kimi Masallıda da Məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradıldığını bildirib: “Sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır” deyə çıxışında qeyd edib.

    Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə maneə olunmamalıdır. Dini mərasim və ayinlər yalnız Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə Qazısı və Qazılar şurasının üzvü  Rəşid Talıbov tədbirdə çıxış edərək məhərrəmlik mərasimlərində hər kəsi QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etməyi tövsiyə edərək, zəncir vurub baş yarmağın, bədənə əziyyət verməyin dində bəyənilmədiyini və  bunun əvəzinə qanvermə aksiyalarında fəal iştirak etməyin daha humanist hərəkət olduğunu bildirmişlər.

    Tədbirdə eyni zamanda Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    2. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    3. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    4. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    5. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    6. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    7. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    8. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    9. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    10. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    11. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    12. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    13. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    14. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    15. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    16. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    17. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 09:32 Nadir Ağayevin xatirə turnirində
    19. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    20. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    21. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    22. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    23. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    24. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    25. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    26. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    27. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    28. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    29. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    30. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    32. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    34. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    35. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    37. 09:19 Statistikanın əhəmiyyəti
    38. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    39. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    40. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ