Главная > Siyasət / Manşet > Masallıda növbəti dəfə kütləvi ağacəkmə aksiyası keçirildi
Masallıda növbəti dəfə kütləvi ağacəkmə aksiyası keçirildi25-10-2024, 18:54. Разместил: admin44 |
Masallı rayonu ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar Masallı rayonu ərazisində iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə tədbirləri həyata keçirilir. Bunun bariz nümunəsi olaraq “Təmiz ətraf mühit”, “Yaşıllıqların salınması və qorunması” lahiyələri və müxtəlif aksiyaların keçirilməsini qeyd etmək olar. Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən rayonun bütün ərazilərində, eləcədə 25 oktyabr 2024-cü il tarixində Ələt-Astara magistral avtomobil yolunun mühafizə zolağının yaxınlığında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi şəkildə ağacəkmə aksiyasının keçirilməsinə başlanılmış və aksiya çərçivəsində 700 ədəddən çox ağac əkilmişdir. Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev, idarə, müəssisə, təşkilat kollektivləri, ASAN könüllüləri və sakinlər iştirak etmişlər. Вернуться назад |