Главная > Siyasət / Manşet > Masallı RİH Başçısı 06.11.2024-cü il tarixdə Şıxlar ərazisinin sakinləri ilə görüşdü

Masallı RİH Başçısı 06.11.2024-cü il tarixdə Şıxlar ərazisinin sakinləri ilə görüşdü


6-11-2024, 15:55. Разместил: admin44

06 noyabr 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Şıxlar ərazisində keçirmişdir.

Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etmiş, sözü Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynova verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəmişdir.

Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilmiş və vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.










шаблоны для dle 11.2
Вернуться назад