Главная > Turizm / Maraqlı > Masallıda quldurluq edən şəxslər saxlanılıblar
Masallıda quldurluq edən şəxslər saxlanılıblarBu gün, 11:41. Разместил: admin44 |
![]() Masallı rayonunda quldurluq hadisəsi qeydə alınıb. Yaşayış evinə daxil olan maskalı şəxs evin sahibini hədələyərək pul tələb edib və ona kəsici alətlə xəsarət yetirərək oradan uzaqlaşıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini 31 yaşlı Hikmət Şəmistanlı müəyyən edilərək saxlanılıb. Araşdırmalar nəticəsində H. Şəmistanlının həmin cinayət əməlini zərərçəkmişin qohumu olan 31 yaşlı Elçin Həsənovla qabaqcadan əlbir olub, razılığa gələrək törətdiyi müəyyən edilib. E.Həsənov qohumuna məxsus yaşayış evini qarət etmək üçün tanışını yaşadığı rayona çağırıb və həmin ünvanda xeyli miqdarda pulun olduğunu bildirib. Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Вернуться назад |