• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Mart soyqırımı” mövzusunda onlayn görüş keçirilib

    Masallıda “Mart soyqırımı” mövzusunda onlayn görüş keçirilib

    31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn görüş 

    Masallı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Mart soyqırımı” mövzusunda onlayn görüş keçirilmişdir.
    Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
    Seyfəddin Əliyev soyqırımın mahiyyəti barədə geniş məlumat vermiş və bildirmişdir ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalıb: “Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırım aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi.”
    Ermənilərin əsrlərdir davam edən anti-türk siyasəti və həyata keçirdikləri terrorçuluq əməllərindən danışan Seyfəddin Əliyev qeyd etmişdir ki, azərbaycanlıların kütləvi şəkildə qırılmasını ötən əsrin dünya tarixinin ən faciəvi səhifələrindən biri hesab etmək olar: ”Ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. 1918-ci ildə həyata keçirilmiş soyqırım aktı zamanı isə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğınlar törədiblər. Onilliklər boyu davam edən soyqırım siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunub. Azərbaycan ərazisinin Rusiya və İran arasında bölüşdürülməsi və ermənilərin kütləvi şəkildə tarixi torpaqlarlarımızda məskunlaşdırılması bu siyasətin tərkib hissəsi idi. 1905 və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınların ardınca 1920-ci ildə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə, 1988-ci ildə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi.”
    Masallı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Məmmədhüseyn Hüseynov çıxışında vurğulamışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart tarixi Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu təqvim Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Bu faciələrin günahkarı “Böyük Ermənistan” yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün istənilən iyrənc vasitəyə əl atan erməni şovinizmidir.
    Sonra YAP Masallı rayon təşkilatının Şura üzvü Nahid Rəhimov, Qadınlar Şurasının üzvü Aytən Şükürova, Gənclər Birliyinin üzvü Rövşən Muxtarov və başqaları çıxış edərək törədilən qanlı hadisələrə görə ermənilərin tarix qarşısında cavab verəcəklərinə əminliklərini ifadə etmişlər.


     
      

    www.yeniheyet.az
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 22:40 Masallıda 2024-cü ilin may ayına olan səyyar görüş - qəbulları barədə
    2. 18:47 Qaranlığa qalib gələn alim qadın MASALLIDA TƏDBİR
    3. 15:53 Masallıda "Statistika anlayışı və statistik məlumatlara giriş imkanları" mövzusunda seminar keçirilmişdir
    4. 16:19 YAP Masallı Rayon Təşkilatı aparatında “Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordu” mövzusunda tədbir keçirilmişdir
    5. 12:47 Azərbaycan- Rusiya münasibətlərində qarşılıqlı inam və etimad çalarları güclənmişdir
    6. 21:00 Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir
    7. 16:58 Tüklə kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verildi
    8. 16:55 Şərəfə kəndində yeni məhəllə təbii qazla təmin olundu
    9. 16:51 Masallı RİH Başçısı 24.04.2024-cü il tarixdə Tüklə ərazisinin sakinləri ilə görüşdü
    10. 15:24 Prezident İlham Əliyevin Rusiya dövlətinə rəsmi səfərləri ölkələrimiz arasında dostluq və tərəfdaşlığa töhfələr verir
    11. 23:30 Masallıda “Məktəbəqədər təhsil” layihəsinin açılışı baş tutdu
    12. 23:30 Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir
    13. 23:30 Masallı kitabxanasının 100 illik yubileyi
    14. 09:48 Masallıda görkəmli bəstəkarın yubiley tədbiri keçirilib
    15. 19:19 İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
    16. 19:17 İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    17. 19:13 Azərbaycan Prezidentinə yazırlar
    18. 19:09 Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu
    19. 21:13 Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
    20. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    21. 19:04 Masallıda “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
    22. 19:00 Rayon rəhbərinin 19 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    23. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    24. 23:00 Rayon ərazisində asfalt örtüyündə təmir işləri aparılır
    25. 22:30 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin yığıncağı
    26. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    27. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    28. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    29. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    30. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    31. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    32. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    33. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    34. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    35. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    36. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    37. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    38. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    39. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    40. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ