• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib

    Prezident İlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib


    Prezident İlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib


    Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.
    Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.
    Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
    Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söylədi.
    Sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Müqəddəs Taxt-Tacın (Vatikanın), Konstantinopol Patriarxı I Varfolomeyin, Moskva və bütün Rusiya Patriarxı Kirillin, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın konfrans iştirakçılarına müraciət məktubları oxundu.
    Dünya müsəlmanları adından beynəlxalq konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveycri İslam həmrəyliyi, dinlər və mədəniyyətlərarası dialoq işinin möhkəmləndirilməsində Azərbaycanın artan rolunu xüsusi vurğuladı.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış etdi. Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm İli”ni və “İslam Həmrəyliyi İli”ni Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsi olduğunu vurğulayan Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “İslam Həmrəyliyi İli” çərçivəsində bir çox ölkələrdə təşkil etdiyi beynəlxalq tədbirlər barədə məlumat verdi.
    Sonra xatirə şəkli çəkdirildi.

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:53 Masallıda "Statistika anlayışı və statistik məlumatlara giriş imkanları" mövzusunda seminar keçirilmişdir
    2. 16:19 YAP Masallı Rayon Təşkilatı aparatında “Müzəffər Ali Baş Komandan və Rəşadətli Ordu” mövzusunda tədbir keçirilmişdir
    3. 12:47 Azərbaycan- Rusiya münasibətlərində qarşılıqlı inam və etimad çalarları güclənmişdir
    4. 21:00 Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir
    5. 16:58 Tüklə kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verildi
    6. 16:55 Şərəfə kəndində yeni məhəllə təbii qazla təmin olundu
    7. 16:51 Masallı RİH Başçısı 24.04.2024-cü il tarixdə Tüklə ərazisinin sakinləri ilə görüşdü
    8. 15:24 Prezident İlham Əliyevin Rusiya dövlətinə rəsmi səfərləri ölkələrimiz arasında dostluq və tərəfdaşlığa töhfələr verir
    9. 23:30 Masallıda “Məktəbəqədər təhsil” layihəsinin açılışı baş tutdu
    10. 23:30 Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir
    11. 23:30 Masallı kitabxanasının 100 illik yubileyi
    12. 09:48 Masallıda görkəmli bəstəkarın yubiley tədbiri keçirilib
    13. 19:19 İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub
    14. 19:17 İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib
    15. 19:13 Azərbaycan Prezidentinə yazırlar
    16. 19:09 Masallı şəhərində ağacəkmə aksiyası təşkil olundu
    17. 21:13 Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
    18. 19:11 Masallıda özünəməşğulluğa cəlb edilmiş şəxslər barədə
    19. 19:04 Masallıda “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir
    20. 19:00 Rayon rəhbərinin 19 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    21. 12:14 Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır
    22. 23:00 Rayon ərazisində asfalt örtüyündə təmir işləri aparılır
    23. 22:30 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin yığıncağı
    24. 21:00 Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir
    25. 16:22 YAP Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilmişdir
    26. 16:16 Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirilib
    27. 23:30 Yenidən qurulacaq Şirvan suvarma kanalı bu sahəyə yeni nəfəs gətirir
    28. 20:10 Şəhid İnqilab Nağıyevin xatirəsi anılıb – Masallıda
    29. 20:05 Masallıda kənd təsərrüfatı istehsalında artım
    30. 20:00 Masallı RİH Başçısı 17.04.2024-cü il tarixdə Lürən ərazisinin sakinləri ilə görüşdü
    31. 19:56 Masallıda ağacəkmə aksiyaları davam etdirilir
    32. 20:27 Masallının 2 məktəblisi ən yüksək bal toplayıb
    33. 14:51 Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur
    34. 14:35 Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zərifə əliyeva haqqında xatırələri
    35. 23:30 Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
    36. 16:14 Nurlu ömür - MASALLIDA TƏDBİR
    37. 12:33 Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
    38. 16:43 Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb
    39. 16:28 Masallı RİH Başçısı 09.04.2024-cü il tarixdə Təklə ərazisinin sakinləri ilə görüşdü
    40. 22:30 Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ