Masallı rayonunda kənd təsərrüfatının ümumi məhsulu artmışdır » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonunda kənd təsərrüfatının ümumi məhsulu artmışdır

    Masallı rayonunda kənd təsərrüfatının ümumi məhsulu artmışdır



    Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki,  2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının ümumi dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 0,1 faiz artaraq 169480,3 min manat olmuşdur ki, onun da 91918,8 min manatı və ya 54,2 faizi bitkiçilik məhsullarının, 77561,5 min manatı və ya 45,8 faizi isə heyvandarlıq məhsullarının payına düşür.

    2024-cü il yanvar-sentyabr ayları ərzində dənli (çəltik istisna olmaqla), paxlalı və yağlı bitkilər üzrə 11204,5 hektar əkin sahəsindən 26807,6 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründən 86,5 ton və ya 0,3 faiz azdır. Buğda sahəsinin 7459,0 hektarından 18200,0 ton (əvvəlki ilin müvafiq dövründən 559,6 ton və ya 3,0 faiz az), arpa sahəsinin isə 2966,0 hektarından 6614,2 ton (əvvəlki ilin müvafiq dövründən 398,2 ton və ya 6,4 faiz çox) məhsul yığılmışdır. Buğda üzrə məhsuldarlıq 24,4 sent/ha (əvvəlki ilin müvafiq dövründə 24,3 sent/ha), arpa üzrə isə məhsuldarlıq 22,3 sent/ha (əvvəlki ilin müvafiq dövründə 22,2 sent/ha) olmuşdur.

    Çəltik bitkisi üzrə 138,6 hektar əkin sahəsinin 80,0 hektarından 280,0 ton məhsul götürülmüşdür ki, bu da da ötən ilin müvafiq dövründən 115,0 ton və ya 69,7 faiz çoxdur.Biçin davam edir.

    Tərəvəz bitkiləri üzrə 2003,0 hektar əkin sahəsindən 55829,6 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 255,0 ton və ya 0,5 faiz azdır.

    Kartof bitkisi üzrə 911,0 hektar əkin sahəsindən 16036,6 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründən 143,8 ton və ya 0,9 faiz çoxdur.

    Bostan bitkiləri üzrə 317,0 hektar əkin sahəsindən 4644,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 92,0 ton və ya 2,0 faiz çoxdur.

    Fermentasiya edilməmiş tütün (qurudulmuş) üzrə 15,5 hektar əkin sahəsindən 7,5 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründən 1,8 ton və ya 31,6 faiz çoxdur.

    Yem bitkiləri üzrə 3262,0 hektar əkin sahəsindən 13048,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 1468,0 ton və ya 12,7 faiz çoxdur.

    Meyvələr üzrə 604,7 hektar əkin sahəsindən 1900,6 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 15,3 ton və ya 0,8 faiz çoxdur.

    Giləmeyvələr üzrə 294,0 hektar əkin sahəsindən 1705,2 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 ton və ya 0,6 faiz çox olmuşdur.

     Yaşıl çay yarpağı üzrə isə 109,5 hektar əkin sahəsinin 50,0 hektarından 39,8 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 18,6 ton və ya 87,7 faiz çoxdur.

    Üzüm üzrə 16,0 hektar əkin sahəsindən 1054,5 ton məhsul götürülmüşdür ki, bu bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 ton çox olmuşdur.

    2024-cü ilin yanvar-sentyabr aylarında  təmiz herik şumunu da daxil etməklə cari ilin payızlıq əkinləri üçün 5645,0 hektar sahədə şum qaldırılmışdır.


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    2. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    3. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    4. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    5. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    6. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    7. 11:41 Mənalı ömrün işığında
    8. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    10. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    13. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    14. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    15. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    16. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    17. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    18. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    19. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    20. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    21. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    22. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    23. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    24. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    25. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    26. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    27. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    28. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    29. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    31. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    32. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    33. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    34. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    36. 14:39 Heydər Əliyev və əbədi dövlətçilik yolu... Masallıda tədbir
    37. 13:03 Prezident İlham Əliyev: Azərbaycan və Slovakiya dost və strateji tərəfdaşlardır
    38. 12:59 Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğuladı
    39. 21:30 Şəhid Raqib Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    40. 20:25 Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ