Главная > İqtisadiyyat > Masallı rayonunun ümumi məhsul buraxılışı 16,1 faiz artmışdır – Statistika

Masallı rayonunun ümumi məhsul buraxılışı 16,1 faiz artmışdır – Statistika


5-11-2024, 09:42. Разместил: admin44

 Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 431906,0 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 16,1 faiz artmışdır.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 103127,3 min manat (23,9 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 169480,3 min manat (39,2 faiz), tikinti sahəsində 11366,2 min manat (2,6 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 16075,5 min manat (3,7 faiz), informasiya və rabitə sahəsində 3319,6 min manat (0,8 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində isə 128537,1 min manat (29,8 faiz) təşkil etmişdir.

 Məhsul buraxılışının həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,1 faiz, sənaye sahəsində 68,0 faiz, tikinti sahəsində 55,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 45,0 faiz, informasiya və rabitə sahəsində 19,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində isə 1,3 faiz artmışdır.

 


шаблоны для dle 11.2
Вернуться назад