ALLAH RƏHMƏT ELƏSİN      » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » ALLAH RƏHMƏT ELƏSİN     

    ALLAH RƏHMƏT ELƏSİN     

                                                                                                                                                                                    
     Rafiq Cabbar oğlu Rəsulov
     
    Masallı rayon idman ictimaiyyətinə ağır itki üz vermişdir.
    Gözəl insan, tanınmış ictimaiyyətçi, respublikanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçısi, Azərbaycan Voleybol Federasiyasının (AVF) Rəyasət heyətinin üzvü, respublika və ümumittifaq dərəcəli hakim Rafiq Cabbar oğlu Rəsulov 14 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.

    Rafiq Rəsulov 30 sentyabr 1944-cü ildə Masallı şəhərində anadan olmuşdur.
    1961-ci ildə Masallı şəhər 2 nömrəli orta məktəbini, 1966-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir.
    Əmək fəaliyyətinə Cəlilabad rayonunun Prişib qəsəbəsində (indiki Göytəpə qəsəbəsi) müəllim kimi başlamışdır.
    Masallı Uşaq-Gənclər İdman Məktəbində metodist, məşqçi-müəllim (1970-1987), “Məhsul” Kənd Könüllü İdman Cəmiyyəti (KKİC) rayon şöbəsinin direktoru (1987-1990) işləmişdir.
    1990-cı ildə “Viləş” futbol klubunun sədri seçilmişdir.

    Masallı Rayon İcra Hakimiyyəti aparatında Ərazi idarəetmə şöbəsinin müdiri (1991-1993), RİHB-nın Masallı şəhəri üzrə nümayəndəsi (1993-1998), 1998-ci ildə Masallı RİHB aparatında baş referent vəzifələrində çalışmışdır.
    Rafiq Rəsulov 1998-ci ildə yenidən idmana qayitmış, 1999-cu ildə gənclərdən ibarət voleybol komandasına rəhbərlik etmişdir. Komanda respublika spartakiadasının və “Məhsul” KKİC çempionatının qalibi olmuş, komandanın 12 üzvünə “SSRİ idman ustalığına namizəd” adı verilmişdir.

    2001-2006-cı illərdə Masallının gənclərdən ibarət voleybol komandası 6 dəfə respublika çempionu, Təhsil Nazirliyinin keçirdiyi voleybol yarışlarının qalibi olmuş, respublikanın yüksək liqasında II və III yerlərə, Azərbaycan kubok oyunlarında III yerə layiq görülmüşdür.
    Rafiq Rəsulov uzun illər AVF-nın çempionatlarında inspektor kimi çalışmışdır. 2001-ci ildən AVF-nın rəyasət heyətinin üzvü, 1975-ci ildə respublika dərəcəli, 1981-ci ildə Ümumittifaq dərəcəli hakim, 2004-cü ildə respublikanın Əməkdar məşqçisi, 2013-cü ildə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçısi adına, 2011-ci ildə AVF-nın xüsusi mükafatına layiq görülmüşdür.

    Rafiq Rəsulov mehriban ailə başçısı, etibarlı dost, yaxşı yoldaş, gözəl insan idi.

    Rafiq Rəsulovun işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    2. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    3. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    4. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    5. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    6. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    7. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    8. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    9. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    10. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    11. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    12. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    14. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    15. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    16. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    17. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    18. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    19. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    20. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    21. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    22. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    23. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    24. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    25. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    26. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    27. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    28. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    29. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    30. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    31. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    32. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    33. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    34. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    35. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    36. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    37. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    38. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    39. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    40. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ