Yaşıllıqlar ölkəsi Azərbaycan! » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Yaşıllıqlar ölkəsi Azərbaycan!

    Yaşıllıqlar ölkəsi Azərbaycan!



    Yaşıllıqların  mühafizəsi, yeni-yeni ağacların əkilməsi, onların qorunması Ümummilli Lider Heydər Əliyevin daim diqqət göstərdiyi sahələrdən biri idi.  Ümummilli Lider yaşıllıqlara qənim kəsilənlərə  dəfələrlə kəskin surətdə öz sözünü demişdi. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev də  bununla bağlı həmişə qəti mövqeyini bildirir və sistemli surətdə iş aparır.  "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu da məhz həmin   ardıcıl xəttin davamıdır. Qanun yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə  dövlətin, bələdiyyənin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini aydın şəkildə müəyyən edir. Qanunun əhatə dairəsi çox genişdir. Bu yazını  hazırlayarkən  dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il  tarixli Sərəncamı düşdü.

    Həmin Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

    Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

    Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

    İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

    Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
    Prezident İlham Əliyev qeyd edir ki, bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyası uğurla davam edir. Qeyd etdiyim kimi, Azərbaycan vətəndaşları bu gözəl təşəbbüsə çox fəal şəkildə qoşulmuşlar. Qarşıya vəzifə qoyulmuşdu ki, qısa müddət ərzində Bakıda və Abşeron yarımadasında ən azı 3 milyon ağac əkilsin, bütün suvarma işləri təmin edilsin və bu istiqamətdə vacib addımlar atılır. Biz artıq nəticələri görürük. Bakının müxtəlif yerlərində artıq bu çox gözəl mənzərə göz qabağındadır. Əvvəlki illərdə antisanitariya mənbəyi olan aeroport yarmarkası köçürüldü və o boşalan ərazidə böyük meşə zolaqları yaradılır. Yəni, bu istiqamətdə işlər görülür və biz bu gün bu barədə eşidəcəyik... Bir sözlə, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox işlər görülməlidir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin bu işlərin görülməsi üçün ciddi və güclü iradəsi vardır. Konkret fəaliyyət proqramı tərtib edilibdir. Bu gün biz bir daha bütün bu məsələləri təhlil edib, əlavə tədbirlərin görülməsi haqqında qərarlar verəcəyik ki, 2010-cu ildə və ondan sonrakı illərdə bu istiqamətdə ən ciddi addımlar atılsın.

    Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra görəcəyik ki, Azərbaycan vətəndaşlarının sağlamlığı daha da möhkəmlənib. Çünki insan sağlamlığına ən ciddi zərbə vuran amil ekoloji vəziyyətin lazımi səviyyədə olmamasıdır. Hava, su, ətraf mühit - bütün bu amillər insanın sağlamlığına ən böyük təsir edən amillərdir. Əgər biz bu istiqamətdə işlərimizi ən qabaqcıl Avropa ölkələrinin standartlarına uyğunlaşdırsaq, görəcəyik ki, müəyyən müddətdən sonra həm insanların sağlamlığı, həm onların fiziki qabiliyyəti, həm ümumiyyətlə, Azərbaycanda yaşamaq üçün ən lazımi şərait yaradılmışdır. Bu istiqamətdə görülmüş işlər sayəsində xalqımız daha da yaxşı yaşayacaq, sağlam olacaq və Azərbaycan hərtərəfli inkişafını bundan sonra daha da uğurla irəliyə aparacaqdır.

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
    Müstəqil Azərbaycan ölkəsi hər sahədə olduğu kimi, yaşıl sərvətin geniş miqyaslı mühafizəsi üzrə də yeni yüksəliş yoluna qədəm qoymuşdur. Bu Ulu Öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin  müdrik siyasətinin bəhrəsidir. Azərbaycan bu sahədə də hamıya nümunə olmalı, onun bütün sərvəti xalqa xidmət etməlidir.
     Azərbaycanı yaşıllıqlar diyarına çevirmək, Bakı və Abşeronda, eləcə də respublikamızın bütün bölgələrində ekoloji tarazlığı, ətraf mühitin təhlükəsizliyini təmin etmək və insanların təmiz havaya olan ehtiyacını ödəmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, ətraf mühitin mühafizəsinə xüsusi önəm verən Azərbaycan Prezidenti İlham Əliyev ən yeni tariximizdə - 2010-cu ili də ölkəmizdə “Ekologiya ili” elan etmişdir. Azərbaycanın bütün bölgələrində son illərdə həyata keçirilən quruculuq-abadlıq işlərinin tərkib hissələrindən biri də regionların yaşıllaşdırılmasıdır. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu layihənin reallaşmasında Yeni Azərbaycan Partiyası yaxından iştirak edir. Yeni Azərbaycan Partiyası həmişə ölkəmizdə həyata keçirilən quruculuq-yaşıllaşdırma kampaniyalarında yaxından iştirak etməklə yanaşı, bir sıra hallarda belə tədbirlərin təşəbbüskarı olmuşdur.



    İbrahim ŞÜKÜROV,
    Yazı YAP Masallı Rayon Təşkilatının  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində – “Yaşıl   dünya yazı və şəkillərdə”  mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    2. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    3. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    4. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    5. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    6. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    7. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    8. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    9. 14:52 Masallıda Öncəqala ərazisinin Hüseynhacılı kəndində səyyar qəbul keçirilib
    10. 14:42 BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR
    11. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    12. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    13. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    14. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    15. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    16. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    17. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    18. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    19. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    20. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    21. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    22. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    23. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    24. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    25. 09:07 Ərazi nümayəndəsinin tribunası
    26. 09:05 Allah rəhmət eləsin
    27. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    28. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    29. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    30. 13:52 Allah rəhmət eləsin
    31. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    32. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    33. 10:25 Bələdiyyə sədri
    34. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    35. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    36. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    37. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    38. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    39. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    40. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ