Biz hara gedirik » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Biz hara gedirik


     
     
    Milli dəyərlərimizi qorumasaq...

    Son vaxtlar sosial şəbəkələrdə, telekanallarda milli dəyərlərimizi top atəşinə tutanlar elə həyasızlıqla saxta söhbətlərə müraciət edirlər ki, lap bişmiş toyuğun gülməyi gəlir. Bir ziyalı vətəndaş kimi çox xəyallara baş vururam. Bir çıxış yolu tapa bilməyəndə yenə Mirzə Cəlilin fəryadını yadıma salıram. Düz dörd qərinə bundan əvvəl böyük ustad fəryad qoparıb millətin halına acıyırdı.  Ümid yolu kəsilən Mirzə felyetonla müsəlman qardaşlarına müraciət edib onu eşidib harayına çatmasını istəyirdi: -Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətlərimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxmağa, it boğuşdurmaga, dərviş nagıllarına qulaq asmağa, hamamda yatmaq və qeyri bu növ vacib əmələrə. Çün hükəmalar byurublar: sözünü o kəslərə de ki, sənə qulaq verirlər.

    Ey mənim müsəlman qardaşlarım,mən də belə vəziyyətə düşəndə qalıram mat-məəttəl, dərdimi kimə deyim ki, mənə qulaq versinlər. Məsələn, bu yaxınlarında televiziyada qadım geyimindən söhbət gedəndə yarıçılpaq xanım deyirdi:

    -Bura müsəlman mahalı deyuil, kim istəyir getsin İrana, Əfqanıstana, nə bilim haraya. Çox vacib söhbətdir. Görəsən on milyonluq bir xalqın qarşısında məsuliyyət huss etməyən bu tərbiyədən bixəbər hələ bilmir ki, özü hansı dinə qabildir. Düzdür, ölkəmiz islam qanunları ilə deyil, demokratik prinsiplərlə idarə olunur. Ancaq unudur ki, ölkə rəhbərləri hər seçkidən sonra andiçmə mərasimində Qurani-Kərimə də əl basır. Deməli biz də müsəlmanıq. Bu xanim isə nə istəyir, necə geyinib-keçinmək həvəsindədir, hələ üstəlik özgələrini də belə geyinib yaşamağa  həvəsləndirir. Belələri başa düşməlidir ki, həya, abır olmayan məmləkətdə inkişafdan danışmağa dəyməz. Milli dəyərlərinə xor baxan millət uçuruma yuvarlanacaq.

    Telekanalların birində isə sözçü övlad-valideyn münaqişəsində ikinci tərəfin mütləq günahkar olduğunu söyləyir. Yəni valideyn zorakılıq etməməli, övladı uçuruma yuvarlansa belə. Övlad oğrudur – valideyn susmalıdır, narkomandır, içki düşkünüdür, cəmiyyətdə özünü nalayiq aparır: siqaret çəkir, qumarbazdır, qonşuları incidir, yetənə bir daş atır, məktəbdə  ədəbsiz söhbətlər edir, məktəbdən yayınır... Valideyn susmalıdır. Və ya bir neçə ayın ömür yoldaşını boşamaq xəyalına düşüb, sosial şəbəkələrdə ona, buna sataşır. Belə faktlar yüzlərlədir. Valideyn belədə övladına güldən ağır söz deyə bilməz. Yoxsa övlad onu hüquq-mqhafizə işçilərinin cənginə verə bilər.

    Telekanallarda tez-tez Avropaya intiqrasiya məsəli önə çəkilir.  Hər işdə onlar bizə nümunə göstərilir. Burda deyirlər ki, ipək necə xar olub, eşşəyə çidar olub. Niyə biz gözəl, müdrik milli dəyərlərimizi Avropanın açıq-saçıq əməllərinə fota verməliyik.

    Axı biz abır-həya, vəfa-etibar, vicdan kimi digər dəyərlərimizi Avropanın yüngül meyillərinə niyə dəyişməliyik. Nə qədər gözəl əməllərimiz var. Çalışmalıyıq ki, Avropaya intiqrasiya zamanı dünyavi elmlərə sahib olaq. Orta və ali məktəblərdə yeni tədris metodlarınayiyələnək.

    Avropasayağı evlənib-boşanmalar bizə yad olmalıdır. Gözəl, etibarlı ailə dəyərlərimizi qorumalıyıq.

    Ey mənim müsəlman qardaşlarım, axı bu məsələlərdə bizim ingilis, fransızlardan nəyimiz əskikdir ki, buna nail ola bilməyək. Ancaq özümüzdə də belələri var ki, ailə qurmağı çox yüngül məsələ sayır. Bizdə isə 30, 40, 50 hətta 60 illik ailələrimiz var ki, bununla da nümunələrimiz hər şeyə dəyər. Övladın valideynə, müəllimə hörmət və ehtiramlı olmalıdır. Bu dəyərlər yerində olsa, fitnə-fücur işlərimiz də azalar. Fitnə-fəsadlı əməlimiz az olsa inkişafımız da yüksələr. Biz onda Avropalaşmaqla fəxr edə bilərik. Yoxsa bu gün biri, sabah başqası ilə qeyri-rəsmi izdivacda olmaq cəmiyyətimizi iflic edəcək.

    Milli mentalitetimizi zərbə altında qoymayaq, yüngül və hərdəmxəyal xarakterli adamların çağırışına qarşı çıxaq.

    Millətimizin nicat yolu budur.




    HƏSƏNAĞA.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ