15 iyun- Azərbaycanın xilası günü - Masallıda tədbir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 15 iyun- Azərbaycanın xilası günü - Masallıda tədbir

    15 iyun- Azərbaycanın xilası günü - Masallıda tədbir



    08 iyun 2023-cü iltarixdəYeniAzərbaycanPartiyasıMasallırayontəşkilatıaparatında 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar "15 iyun-Azərbaycanın xilası günü" mövzusunda partiya veteranları ilə tədbir keçirilmişdir.

    Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri  Seyfəddin Əliyev açmış, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

    Seyfəddin Əliyev Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçıları təbrik etmiş və bildirmişdir ki, tarixi faktlar sübut edir ki, hər bir qəhrəman, dövlət xadimi öz xalqının təcəssümü, gedənlərlə yeni gələnlər arasında sınaq xəttidir. Siyasi fəaliyyəti dövründə iki dəfə ”Azərbaycan iri addımlarla irəliləyir” şüarının zərb-məsələyə çevrildiyi 1969-1982-ci illərdə və 1993-2003-cü dövrü əhatə edən müddətdə Azərbaycan xalqına əsl lider kimi bələdçilik etmiş ulu öndər Heydər Əliyev birinci müddətdə sovet Azərbaycanına, ikinci müddətdə isə canından artıq sevdiyi müstəqil Azərbaycana başçılıq etmişdir. Dünya təcrübəsi göstərir ki, güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçir və tarixi uğurlar əldə edirlər.

    Cəmiyyətə və dünyanın düşüncə tərzinə güclü təsir imkanlarına malik ümummilli lider, ulu öndər Heydər Əliyev isə müdriklərə , uzaqgörən siyasətçilərə məxsus keyfiyyətləri özündə birləşdirən dahi idi. Azərbaycana rəhbərliyinin ilk mərhələsində ölkə iqtisadiyyatını, neft sənayesini və aqrar sahəni inkişaf etdirərək, liderliyə xas olan səbr, dözüm və qətiyyət kimi keyfiyyətləri özündə birləşdirərək bütün çətinliklərə qalib gəldi.
    Seyfəddin Əliyev qeyd etdi ki, Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyət daşıyan Milli Qurtuluş Günü elə gündür ki, ölkəmizin gələcək həyatını, müqəddəratını müəyyən edib, deyərdim ki, yeni, müstəqil dövlətçiliyimizin bünövrəsi, əsası məhz bu gün qoyulub. Şanlı müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlının qürur, iftixar mənbəyidir.

     Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl xilas, qurtuluş tarixidir. Bu gün Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün qüdrətli, müstəqil Azərbaycan dövlətinin var olmasına, doğma Qarabağda 30 illik düşmən işğalına son verilməsinə, xalqımızın sosial-rifah halının yüksəlməsinə, sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza, bir sözlə, hər şeyə görə məhz bu günə borcluyuq.

     Bu milli tariximizi yazan isə yeni, müstəqil Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Naxçıvanda ucaldan, dövlətimizin qorunub saxlanmasında, onun möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan dünya şöhrətli insan, böyük dövlət və siyasət xadimi, dahi şəxsiyyət, həmişə Yaradanına, zəhmətinə və doğma xalqına arxalanan böyük lider Heydər Əliyev idi.

    Daha sonra çıxış edən Partiya veteranı Mirqabil Hüseynov, Cəmaləddin Ağayev, Vidadi Fətullayev və partiya fəalı Məhbubə Şahbazova çıxışlarında  xalqın tələbi və təhkidi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı söz açdılar.

    Sonda xatirə şəkili çəkilmişdir.









    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    2. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    3. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    4. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    6. 09:23 “Bizim Əliş müəllim”
    7. 09:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 15:35 Rayon rəhbəri Köhnə Alvadı kəndində ərazi nümayəndəliyi üçün nəzərdə tutulmuş inzibati binaya baxış keçirib
    9. 15:33 Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
    10. 17:42 Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    11. 17:18 Azərbaycan Prezidentinə yazırlar
    12. 14:39 Masallının Qəriblər ərazisinin Şıxlar kəndində 25 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    13. 11:00 Kəlbəcər Azaddır! 
    14. 10:57 25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin qeyd olunduğu gündür
    15. 20:06 Namiqin qəlbində çox böyük bir Vətən sevgisi
    16. 15:30 Masallıda rayon rəhbəri inzibati binanın layihəsi ilə tanış olub
    17. 15:27 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 20.11.2025
    18. 15:24 Masallının Qarğalıq kəndində 20 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    19. 15:14 Masallıda rayon rəhbərinin 20 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 15:06 Naxçıvan şəhərində “Yeni Azərbaycan Partiyası”nın (YAP) təsis konfransı keçirildi
    21. 15:02 1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi ilə əlaqədar
    22. 21:52 Azərbaycan Prezidentinə yazırlar
    23. 17:10 Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi 
    24. 13:55 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
    25. 16:24 Yeni Azərbaycan Partiyası - tarixin bütün sınaqlarından şərəflə çıxan alternativsiz siyasi qüvvədir
    26. 15:45 Şəhid Elməddin Nəzərovun şəhadətinin 5-ci ildönümü anıldı
    27. 15:43 Masallının Pircana kəndində 18 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    28. 15:35 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 18.11.2025
    29. 15:31 Azərbaycan Prezidentinə yazırlar
    30. 15:06 20 Noyabr – Ağdam Şəhəri Günü
    31. 15:02 “Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığı: İlham Əliyevin UzA-ya Müsahibəsində Yeni Perspektivlər”
    32. 14:58 20 noyabr Azərbaycan tarixində xüsusi yeri olan bir gündür
    33. 14:56 Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə barədə
    34. 11:26 Şəhid Elçin Novruzovun şəhadətinin 5-ci ildönümü anıldı
    35. 11:22 Cənubdaən uzunömürlü insanlar bu rayonlarda yaşayır – STATİSTİKA
    36. 19:39 Azərbaycan Prezidentinə yazırlar
    37. 18:14 Şəhid Sahib Şirəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    38. 11:03 Masallıda rayon rəhbəri Sığdaş kəndinə səfər edib
    39. 11:01 Masallıda rayon rəhbəri Boradigah qəsəbəsində şəhid küçələrində təmir işlərinə baxıb 
    40. 10:56 Masallıda rayon rəhbəri Boradigah çayı üzərində inşa olunan körpüdə
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ